Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Qarabağda Rusiya - Türkiyə müharibəsi -Qərb ölkələrinin barıt qoxan mesajları

Qarabağda Rusiya - Türkiyə müharibəsi -

Bir sıra qərb analitika qruplarının Dağlıq Qarabağda müharibənin tezliklə başlayacağına dair dərc etdikləri hesabatlar ermən lobbisinin sifarişi ilə verilib.

Yenixeber.org:  İstiPress-ə bu barədə müsahibə verən politoloq Tofiq Abbasov  Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış “ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəsini və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi  məruzəsini şərh edərkən bildirib.

Hər iki məruzədə bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateji tərəfdaşları  olan Türkiyə və Rusiya da qarışa bilər. 

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Tofiq Abbasov bu cür fikirlərin arxasında hər iki ölkə arasında son günlərdə istiləşən münasibətləri soyutmaq niyyətinin durduğunu bildirir:

“Türkiyə onsuz da 20 ildən artıqdır ki, bu münaqişənin içindədir, onu bu münaqişəyə cəlb etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın strateji tərəfdaşı və qardaşıdır. Məhz Qarabağa görə, Ermənistanla bütün diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb”.

Politoloqun fikrincə, ermənilər bundan qorxur və hay-küy qaldıraraq beynəlxalq diqqəti bölgəyə yönəltməyə çalışırlar.

Politoloq Fikrət Sadıxov isə İstiPress-ə müsahibəsində ümumiyyətlə münaqişə barədə belə uzunmüddətli proqnozlar verilməsini doğru saymır:

“Təbii ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır, Ermənistanı qorumaqla bağlı öhdəlikləri var. Amma Azərbaycan Ermənistana hücum etməyəcək və lazım gələrsə, öz ərazilərində təmizlik işləri aparacaq. Buna görə də Rusiyanın münaqişəyə qoşulma ehtmalı azdır”. 

Fikrət Sadıqov - politoloq
Fikrət Sadıqov - politoloq

Politoloq bildirib ki, qoşunların təmas xəttində müəyyən gərginlik ola bilər:

“Azərbaycan təmas xəttində indi də müəyyən hərbi fəallıq göstərir - Ermənistana məxsus “Osa” ZRK vuruldu, düşmən ordusunun müşahidə-komnada mərkəzi dağıdıldı və s. Amma bu zaman heç bir beynəlxalq hüququ pozmur, çünki beynəlxalq hüquqa görə ona məxsus ərazilərdə əməliyyatlar aparır”.

Fikrət Sadıqovun sözlərinə görə, istənilən halda Azərbaycan danışıqlar prosesini davam etdirəcək. Çünki rəsmi Bakı həmişə münaqişənin dinc yolla həllininn tərəfdarı olduğunu vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam