Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İrəvan Qarabağda güzəştə hazır olmasa... – Şərh

İrəvan Qarabağda güzəştə hazır olmasa..

 

 

 

 

 

 

 

 

Qarabağla bağlı danışıqlarda fəallıq olmasa, növbəti ildə yay aylarında müharibə təhlükəsi yarana bilər

 

 

 

     Yenixeber.org:    Bu sözləri   açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq bildirib ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində birinci məsələni qismən həll etdi:

“Yəni Bakı İrəvanı danışıqlara qayıtmağa məcbur etdi. Ancaq Qarabağ problemi həll edilməmiş qalır. Ermənistan konkret mövqeyini nümayiş etdirmir. Əgər İrəvanın mövqeyində dəyişiklik olmasa, vəziyyət də dəyişməyəcək. Artıq bir məsələ də aydındır ki, Rusiya bir dövlət olaraq Ermənistanı tam şəkildə dəstəkləməyə hazır deyil, daha doğrusu, bunu istəmir. Ermənistan siyasi elitası və cəmiyyəti başa düşür ki, Qarabağ siyəsətində hansısa düzəlişlərə getməlidirlər. Əgər bu baş versə, onda hansısa irəliləyiş mümkündür. Əks təqdirdə isə vəziyyət elə bugünkü kimi də qalacaq”.

T.Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həllinin təkcə Azərbaycandan asılı olmadığını qeyd edib:

“Qarşı tərəf danışıqlarda hansısa şəkildə konstruktiv mövqe ortaya qoymalıdır ki, Azərbaycan öz maraqlarının müdafiəsində irəliləyişə nail olsun. Ermənistan buna meyilli olmadığından problemin həllində heç bir irəliləyiş baş vermir. Ona görə də Azərbaycan aktiv xarici siyasət xəttini davam etdirməli, tərəfdarlarının sayını artırmalıdır. Ən əsası isə dövlətçiliyini və müdafiə imkanlarını daha da gücləndirməlidir. Əgər danışıqlarda fəallaşma olmasa, növbəti ildə yay aylarında təmas xəttində toqquşmaların intensivliyi arta, müharibə təhlükəsi yarana bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam