Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lənkərandakı Bəşərü çayını kim və niyə qazır? –VİDEO

 

Lənkəranın Daşdatük kənd sakinləri kəndlərindən keçən Lənkərançayın əsas qolu olan Bəşərü çayının onlara məlum olmayan hansısa  qurum tərəfindən qazılmasından dərin narahatçılıq keçirdiklərini bildirirlər.

Yenixeber.org:  Kənd sakinlərinin verdiyi məlumata görə, sözügedən çay kəndin düz ortasından keçir:

“Bir müddətdir ki, çayı sürətli şəkildə qazmağa başlayıblar.  Bu da biz kənd sakinlərini dərindən narahat edir. Biz öz vəsaitimiz hesabına kəndin iki hissəsini bir-birlə birləşdirmək üçün körpü tikmişik. Həmin körpünün uzunluğu 25,  eni 2,3 metrdi. Yük götürmə qabiliyyəti isə 1,8 tondu. Kiçik tutumlu avtomobillərin və insanların hərəkəti üçün nəzərdə tutulan bu körpü hazırda uçma təhlükəsi ilə üzləşib. Çay vadisinin belə dərin qazılması başqa fəsadlara da səbəb olur: su  quyuları quruyur, iri və xırda buynuzlu mal-qara boğularaq tələf olur və s. Təəssüflər olsun ki, kənd camaatının etirazına məhəl qoyan yoxdur. Çaydan çıxan çınqıl sürətlə harasa daşınır. İşin kim tərəfindən görülməsi isə hələ də bizə məlum deyil. Xahiş edirik, bizim səsimizi əlaqədar qurumlara çatdırın ki, kəndimiz üçün ciddi problemlər yaradacaq bu bəladan xilas ola bilək”.

Azinforum.az sözügedən kəndin ərazisində qazma işlərinin hansı şirkət tərəfindən və nə məqsədlə aparıldığı barədə məlumat əldə edə bilməyib. Sayt bununla bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ilə müraciət edib. Onların və bu işə məsul olan digər qurumların da  mövqeyini dinləməyə hazırıq. Mövzuya qayıdacayıq…

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam