Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

“Tramp siyasətdə tənha, amma güclü adamdır” -Rus politoloq

 

ABŞ prezidenti ilk xarici turnedən sonra vətənə dönüb, lakin dünya KİV-lərinin yazdığı kimi onu məhz indi ən ciddi sınaq gözləyir – işdən çıxartdığı keçmiş FTB direktoru Ceyms Komi prezidentin Rusiya əlaqələri ilə bağlı Konqresdə ifadə verəcək.

Yenixeber.org:  Rusiyalı politoloq, senator Aleksey Puşkovun bu yöndə Rusiya nəşrinə müsahibəsini oxuculara təqdim edirik.

 

-Aleksey Konstantinoviç, Trampın ilk xarici turnesi heç olmasa vətəndə mövqeyini bir qədər möhkəmləndirmək imkanı verdimi? Məsələn, səudlarla görüşdən sonra onu islam xofunda ittiham etmək yaraşmaz?

-Xeyr. Budur, “Washington post” əvvəlki kimi yazır: Trampın Səudiyyə Ərəbistanı və islam dünyası ünvanına məhdhiyyə çıxışlarına uymayın.  Tramp islamxoflu olaraq qalır. Lakin “Washington post” antitramp koalisiyanın döyüşkən vərəqələrindən birinə çevrilib və onun dəyərləndirmələrinə inanmaq olmaz.

Yerusəlimə səfərdən sonra İsrail lobbisi onu dəstəkləyəcək?

-Birincisi, o, yekcins deyil. Bu lobbinin KİV, Konqres, Dövlət Departamenti və s.-də güclü mğövqe tutan ayrı-ayrı üzvləri Trampa qarşı kampaniyada iştirak edirlər. Amma bu bildirmir ki, bu lobbinin biriklənmiş mövqeyi var.

Obama və Netanyahunun pis münasibətinin səbəblərindən biri bundan ibarət idi ki, İsraildə Obamanı lap əvvəldən İsrail siyasətinin əleyhdarı kimi qəbul etdilər – Qahirədəki nitqini, müsəlman dünyası ilə münasibətlərə söykənməyi, fələstinlilərin marağını nəzərə almaqla Yaxın Şərq məsələsini həll etmək vədini qınadılar. Baxışımca, Obama 90 % gəvəzəlikdən toxunmuş, özünə vurğun, saxta ədalı bir demaqoq idi. Yaxın Şərqdə baş verənlərin  hamısı bu mülahizənin düzgünlüyünə inandırır. Obamanın Qahirə nitqində vəd etdiklərinin heç biri baş tutmadı. Kimsə deyə bilər ki, ona imkan vermədilər. Mən hesab edirəm ki, o, ciddi şəkildə səy də göstərmədi.

-Lobbi də Obamaya qarşı oynadı?

-Bəli. Onu Netanyahu ilə barışdırmağa bütün cəhdlər heç nəyə gətirib çıxarmadı. Amma Tramp başqa məsələdir. O hətta İsrailin dostu olduğu xüsusda şübhələnməyə ritorik bəhanə də verməyib.  Hələ bunu demirik ki, kürəkəni mömin musəvidir, qızı isə musəviliyə keçib.

-Yəni Tramp bu turnedən vətənə heç bir qazanc gətirmir?

-Bu turne ilə daxili siyasət gündəmdən diqqəti bir qədər yayındırıb. Ər-Riyadla 110 milyard dollarlıq silah satışı haqda sazişə nail olub. Amma bu onun ölkə daxilindəki əsas problemlərini ləğv etmir. Və bu gün  Trampın Respublikaçılar partiyasındakı səbatsız çoxluğu sual altında qalıb. Respublikaçıların bir qismi impiçmentə müqavimət göstərməməyə meyllənir ki, bəhanə olarsa, Trampdan fərqli olaraq Vaşinqton bataqlığının sərt qaydaları ilə oynamağa hazır olan vitse-prezident Pensi – ohayolu bu cür klassik siyasətçini onun yerinə gətirsin. Əlbəttə, vitse-prezidentin güclü fiqura çevrildiyi hallar olub. Amma mən Pensi Münhen konfransında görmüşəm və dinləmişəm – o, yeni ideyalı insan təsiri bağışlamırdı.

Tramp seçkilərdə bir neçə güclü proqram ideya təklif etdi. Bunlardan biri terrorla mübarizədir: İraq və Suriyada İŞİD-i cəzalandırmaq lazımdır. Trampın proqramını tənqid edirlər, amma o var. Pens nə edir – başa düşülmür. Bununla belə, Vaşinqtonda şayiələr dolaşır ki, Pens artıq prezident vəzifəsinə başlamaq üçün gələcək çıxışını məşq edir. Düşünürəm ki, bu, pis zarafatdır. Lakin bildiyimiz kimi, hər bir zarafatda yalnız zarafat payı var, qalanı həqiqətdir.

Bəs impiçment olmasa? Tramp duruş gətirəcək, ətalət ssenarisi  olacaq.

-Bu, ABŞ-da deyildiyi kimi, “mübahisəli prezidentlik” olacaq. “Rusiya ilə təmaslar” deyilən damokl qılıncı həmişə Trampın başı üzərində asılacaq. Burada təhlükə bundan ibarətdir ki, Tramp “kiçik, qalibiyyətli müharibə” sayəsində vəziyyətdən çıxamağa cəhd edə bilər. Bu, həmişə yardım edir. Monika Levinski ilə əhvalatdan sonra Klintonun insan haqlarını müdafiə etmək naminə Serbiyanı bombalamaq arzusu kəskin şəkildə gücləndi. Tramp bu cür hərəkətlərə meylliliyi artıq sərgiləyib. Bu, Şayrata zərbə idi. Bu, Əfqanıstana atılmış “bombalar anası” idi. Fikrimcə, KXDR ətrafındakı isterika da bir çox baxımdan Tramp administrasiyasının daxili-siyasi ehtiyaclarından törəyib. Bu isterikanın bir səbəbi geopolitikdir: Cənub Koreyada yeni prezident seçilənədək ABŞ-ın THAAD RƏM sistemini orada yerləşdirməyi lazım idi. Çünki yeni prezident “günəş işığı siyasəti”nin, yəni Şimalla münasibətlərin yoluna qoyulmasının tərəfdarıdır. Raketləri təcilib yerləşdirmək üçün durumu necə yaratmalı? Koreya yarımadası ətrafında gərginliyi kəskin şəkildə yüksəltməklə.

Lakin ikinci səbəb – daxili-siyasidir. Tramp göstərməli idi ki, onun düşməni var – döyüşməyə hazır olduğu düşmən. Artıq nə Qəddafi var, nə də Səddam Hüseyn. Trampın mümkün məntiqi: “Mənə düşmən verin. İŞİD – hədsiz dərəcədə ziləf obrazdır. İŞİD-in adı yoxdur. Kim? Kim Çen In – bax, düşmənim budur! Gör, kiminlə vuruşacağam!” Koreya böhranının səbəbi budur. Trampın, üç ölkənin – Şimal Koreya, İran, Suriya – sayəsində güclü prezident obrazı yaratmağa hazırlaşdığını görürəm.

-Bəs hərbi-sənaye kompleksi Trampa necə yanaşır?

-Baxışıma görə, Trampın HSK ilə münasibəti münaqişəli deyil. Trampı devirmək hərbi konsernlərə lazım deyil – ondan yararlanmaq lazmdır. Hazırda səudlarla ən böyük silah sazişinə nail olublar – bu onlar üçün çox yaxşıdır. Cənub Koreyada RƏM yerləşdirilib – bu da çox yaxşıdır. HSK hər bir prezidenti hərbi sifariş və bağlanmış sazişlərin sayı ilə ölçür. Bunlar böyük sazişlərdirsə, HSK impiçment ideyasına dəm tutmayacaq. Lakin tam ağlabatan da deyil ki, onlar Trampı müdafiə edəcəklər.

-Bəs Trampı kim müdafiə edə bilər? Onun dayağı haradadır?

-Tramp özündən savayı kiməsə borclu olmadan hakimiyyətə gəlmiş adamdır. Bir qayda olaraq prezidentləri klanlar irəli sürür, o isə dəqiq hər hansı qrupun əlaltısı deyil. O öz baxışlarını müdafiə edən bir insandır. Birləşmiş Ştatların tarixində misilsiz bir fiqur, biznes sahəsi və şou-biznesdə canlı əfsanədir. Lakin mütləq müstəqil insan kimi – Birləşmiş Ştatlar hakimiyyətinin məntiqi baxımından – böyük bir səhv buraxıb. Tramp azadlığı özünə rəva bilib və güman edib ki, öz azadlığını Ağ Evin fəaliyyətinə proyeksiya edə bilər. Tramp ona xas davranış modelini prezidentliyinin özülünə çevirmək qərarına gəldi. Lakin Ağ Ev sadəcə Vaşinqtonun mərkəzində balaca malikanə deyil. Prezidentin durumu isə sadəcə seçkilərdə qələbənin nəticəsi deyil. Bu durum ən müxtəlif qüvvə sahələri, intriqa, klan əlaqələri və münaqişələrin  qarşılıqlı fəaliyyətini əks etdirir. Prezidentin ən mühüm vəzifəsi hakimiyyətə, ictimai əhvali-ruhiyyəyə təsir edən rəngarəng qruplar arasında nisbi tarazlıq tapmaqdır.

Düşmənə malik olmaq mümkündür və hətta lazımdır. Lakin onların sayının prezidentliyin özünü təhlükə altında qoya biləsi böhranlı kütlə təşkil etməyi lazm deyil. KİV-lərin müəyyən hissəsini özünə qarşı qaldıra bilərsən. Amma bu zaman KİV-lərin səni müdafiə edəcək digər hissəsinə söykənmək lazımdır. Münaqişəli durum qazanmaq olar – lakin, heç olmasa, 60-70%-lik qələbə ehtimalı varsa. “Bəli, – hamı deyəcək, – bu, güclü prezidentdir, çünki münaqişədən qalib və yaxud, ən azı, layiqli güzəştlə çıxmağı bacardı”. Tramp prezident seçkilərinə özü  üçün daha bir çağırış kimi yanaşdı. O, artıq atasınn sərvətini artırmağı bacarıb, Amerikanın ən əzəmətli göydələnlərindən birini tikib, dünyanın ən gözəl modellərindən birinə evlənib, teleaparıcı, sonra isə böyük siyasətçi olub. Yəni düşündüklərinin hamısını edə bilib. Onda təkcə bir şey çatmırdı – ABŞ-a rəhbərlik etmək. Və böyük müqavimətə baxmayaraq ABŞ prezidenti olmağı da bacardı. Lakin mənim fikrimcə, Tramp Ağ Evi fəth etməyə birdəfəlik siyasi əməliyyatın yekunu, böyük qələbə kimi yanaşdı. Və mənə elə gəldiyi kimi, o, heç gözləmirdi ki, bu, əslində, ancaq başlanğıcdır. O, prezidentliyə çatmağın yetərli olmadığına, həm də hər dəqiqə, hər saat, hər gün və dörd il ərzində bu cür prezident olmağa tam hazır deyildi. Bu isə artıq tamamilə başqa və istisnasız olaraq çətin vəzifədir. Trampa qarşı fəal kampaniya aparılır – həm demokratlar, həm kütləvi informasiya vasitələri, həm Vaşinqton bürokratiyasınn böyük hissəsi və hətta respublikaçıların da bir hissəsi tərəfindən. Tramp özünə qarşı bu qədər qüdrətli koalisiyaya malik olmaqla alternativ koalisiya qurmalıydı. Tramp bunu etmədi. O, xeyli dərəcədə ailənin yaxın üzvləri, ona yaxın iki-üç müşavir və impiçmentin istənilən halda Respublikaçılar partiyasına ciddi zərbə vuracağını anlayan konqresmen və senatorlara güvənməklə yalqız adam kimi hərəkət edir. Prezidnetin istefaya göndərilməsi başqa partiyanın uğuruna yol açır. Məsələn, Niksonu istefaya göndərərkən kifayət qədər aydın idi ki, növbəti prezident demokrat seçiləcək. Belə də oldu. Kominin gündəliklərindən başqa heç bir sübut yoxdur. Hesab edirəm ki, impiçment üçün hüquqi əsas yoxdur. Niksonun impiçmenti hazırlanarkən bir yığın sübut var idi – tapılmış dinləmə aparatı, şahidlər və s. Yekunda prezidentə çıxdılar. Burada nə var? Kominin qeydləri. Deyirlər: necə də böyük dəyərdir ki, Komi qeydlər edib! Lakin o, qeydləri sonradan edə bilərdi, bilə-bilə edə bilərdi. Bu qeydlər nə dərəcədə mötəbərdir. Bu, impiçment üçün yetərli deyil. Lakin Trampın əleyhdarları bundan sonra da impiçmentə başlamaq üçün bəhanə, hüquqi qarmaq axtaracaqlar. Hələlik “rus izi” qarmaq vermir. Axtaracaqlar. Maksimum vəzifə impiçment, minimum vəzifə Trampın əl-ayağını bağlamaq, onu rəmzi prezidentə çevirməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam