Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Azad Rəhimov Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atdı?

 

Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək.

Yenixeber.org:  Virtualaz.org xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.

Maraqlıdır ki, bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Lakin WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Bildirilir ki, toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq.Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.

Qazaxıstanda isə WBC-nin bu qərarından təəcüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub. “WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr oranı seçir”-Bekxojin deyib.

O bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirə qatılacaq. “Situasiyaya sakit yanaşmaq lazımdır. Bu, biznesdir. Böyük faciə yoxdur. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik”.

Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi. Bu tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezeri, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə həmin ulduzlar Bakıya gələcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam