Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təhsil naziri federasiya prezidenti oldu

 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton Federasiyasının prezidenti seçilib.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızla iyunun 17-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
A.Rəhimov bildirib ki, iyunun 17-də MOK-da Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.
*     *     * 12:33
Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, iclasda federasiyaya yeni prezident seçkisi keçiriləcək.
M.Rəhimov bildirib ki, bu vəzifəyə yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovdur: "Biz badmintonda kütləvilik yaratmaq istəyirik. Bunun üçün imkanlar da var. Orta və ali məktəblərin idman zalları vasitəsilə, eləcə də şagird və tələbələrdə maraq yaratmaqla badmintonu inkişaf etdirmək olar".
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki prezidenti Kamal Abdulla olub.
AZƏRTAC

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam