Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

AK Partiyanın fövqəladə qurultay başladı -CANLI YAYIM

 

Türkiyənin iqtidar partiyası olan AK Partinin 3-cü, fövqəladə qurultayı öz işinə rəsmən start verdi.

Yenixeber.org:  Bu barədə qurultayda iştirak edən Rauf Arifoğlu musavat.com-a məlumat verib. Bundan əvvəl onun məlumat və fotoları əsasında qurultayın keçirildiyi "Arena" salonundan reportaj təqdim etmişdik.

Qurultay yoxlama, divan seçkisi, sayğı duruşu və İstiqlal marşının oxunması ilə başlanacaq. AK Partiya başqanı və baş nazir Binali Yıldırımın çıxış edəcəyi qurultayda başqan və digər mərkəzi orqanlara üzvlüyə namizədlər divan rəhbərliyinə müraciət edəcək.

Daha sonra dəyişiklik təklifi müzakirə olunaraq səsverməyə çıxarılacaq, ardınca isə başqan namizədi partiya üzvlərinə müraciət edəcək. Başqan seçimi ilə davam edəcək qurultayda bir çox komissiyaların üzvlərinin seçkisi də baş tutacaq. Qurultay partiya rəhbərinin təşəkkür nitqi ilə yekunlaşacaq.

Musavat.com Türkiyə və region üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu tarixi hadisənin gedişini həssaslıqla izləyir və onu oxucuları üçün canlı yayında təqdim edir.

Eyni zamanda, qurultayın işini izləyən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arioğlunun məlumatları, fotoları da reportajlara əlavə edilir.

*****

Türkiyənin prezidenti R.T.Ərdoğan və həyat yoldaşı Beştepedən qurultayın keçirildiyi salona gəlib. Salonun xaricində baş nazir Binali Yıldırım və onun həyat yoldaşı çiçəklərlə qarşılanıb. Ərdoğan və Yıldırım birlikdə hazırlanan avtobusun üstünə çıxıb, partiya üzvlərini salamlayıblar. İlk olaraq baş nazir B.Yıldırım “Həsrətin qovuşmağa çevrildiyi dünü yaşayırıq. Xoş gəldiniz, hörmətli liderim” deyə səslənib.

Daha sonra isə prezident Recep Tayyib Ərdoğan mikrafonu alaraq, qısa bir çıxış edib. Ərdoğan “998 gün öncə feli bir ayrılığımız vardı, bu gün yenə bərabərik” deyən Ərdoğanın çıxışının qısa özəti belədir: “Gecə-gündüz yürüməyə davam edəcəyik. Əmanəti bu günlərə qədər daşıyan könül yoldaşım Binəli Yıldırım bəyə təşəkkür edirəm. Üzərimizdəki spekulyasiyalara yenə seçki sandığında cavab verəcəyik. Dayanmaq yoxdur, çalışacağıq”.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam