Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"Azərsun Holdinq"də qul əməyi

"Azərsun Holdinq"də qul əməyi



Yenixeber.org:  Son illər ard-arda baş verən bir neçə devalvasiyanın bazarlarda qiymətlərə ciddi təsiri oldu. Dolların bahalaşması şəraitində xüsusilə ərzaq bazarında kəskin qiymət artımı müşahidə edilir.

Nə qədər paradoksal olsa da, bir çox hallarda yerli məhsulların idxal mallarından daha çox bahalaşmasının şahidi oluruq. Bəzi yerli sahibkarlar ilk bahalaşmaya gedənlərdəndir. Bu sırada daha çox adı hallanan “Azərsun Holdinq”dir desək, yanılmarıq. 20 ildir yerli istehsalda böyük monopoliyaya sahib olan holdinqin ərzaq bazarında yaratdığı bahalıq əhalini də çətin duruma salıb. Bəzən xammalın, bəzən məhsul istehsalında istifadə edilən elementlərin xaricdən gətirildiyini bəhanə edən “Azərsun”un məhsulları hətta 100 faizdən çox bahalaşıb. Şirkət bunun əksini isbatlamağa çalışsa da, əlahəzrət faktlar öz sözünü deməkdədir.

"Azərsun Holdinq"də qul əməyi



Redaksiyamıza müraciət edən vətəndaşlar “Azərsun Holdinq”in müdhiş qiymət fırıldağı haqda danışıblar. İstehlakçılar bildirirlər ki, adıçəkilən şirkət illər öncə çörək istehsalçılarının əl atdığı fırıldağı reallaşdırıb: “Əvvəllər bazarda un bahalaşırdı, çörəyin qiyməti eyni qalırdı, sonralar məlum oldu ki, əslində istehsalçılar çörəyin çəkisini salıblar. Və beləliklə, əvvəllər 900 qram olan çörəyin çəkisi tədricən 600 qrama salındı. Hazırda hətta 600 qram adı ilə 550-560 qramlıq çörəklər çıxarılır bazara. “Azərsun” da eyni üsula əl atıb. Şirkətin yerli istehsalı olan “Bizim tarla”nın pomidorları əvvəllər 680 qram olan bankalarda satılrıdı, indi isə bankalar 620 qramlıqdır. Bahalaşmadan öncə isə həmin bankalar 720 qramlıq olurdu. Bu, çox xırda bir dəyişiklikdir, hansı ki, alıcılar o qədər də fərqinə varmırlar, bəlkə də minlərlə alıcı var ki, bankaların kiçildiyini hələ də bilmir. Amma bu, şirkət üçün böyük əhəmiyyət kəsb edir. Çəki azalması qiymətlərə təsir etməyib, qiymət eynidir, hətta bir qədər bahadır. Biz anlaya bilmirik, bu şirkət cənab prezidentin dostudur, yoxsa düşməni? İlham Əliyev ölkədə sahibkarlıq mühitinin yumşaldılması, iş adamlarına, xüsusilə yerli istehsalçılara şərait yaradılması üçün bütün addımları atır, çıxışlarında da dəfələrlə vurğulayır ki, bunu xalqın rifahının daha da yaxşılaşdırılması üçün edir. Amma “Azərsun” yaradılan şəraitdən xalqı talamaq üçün istifadə edir. Bu, birbaşa cənab prezidentin siyasətinə zidd addımdır”.

Qeyd edək ki, “Azərsun Holdinq”in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bir müddət öncə şirkətin qiymətləri ucuzlaşdırması ilə bağlı açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, dolların ucuzlaşması ilə əlaqədar olaraq bir neçə məhsulun qiyməti endirilib: “Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarğıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşmüşdür”.

Görünür, bu ucuzlaşma hələlik pərakəndə satış nöqtələrinə gəlib çıxmayıb. Çünki ərzaq bazarında qiymətlər əvvəlki həddə, bəzən isə bir qədər bahadır. 

Amma şikayətlər təkcə "Azərsun"un məhsullarının bahalığı ilə bağlı deyil. Məsələ burasındadır ki, adətən, sosial-iqtisadi vəziyyət çetinleşdikcə dövlətin apardığı iqtisadi islahatlar xalqın rifahına yönəlir. Bizdə isə müxtəlif adlarda hodinqlər monopoliya yaradır, inkişafa əngəl olur, agır iqtisadi vəziyyətdə olan ölkənin tənəzzülə uğraması üçün əlindən gələni edirlər. Bu baxımdan " Azərsun Holdinq"in inhisarçı fəaliyyəti də istisna deyil. 

Xalq gözəl bilir ki, dolların qiyməti qalxanda da, düşəndə də "Azərsun Holdinq" şirkəti heç nəyi vecinə almadan hər həftə bütün ərzaq məhsullarının qiymətini qaldırır. Bununla gözu doymayan həmin şirkətin rəhbərliyi xalqı talayıb qazandığı vəsait hesabına rayonlara "Səlib yürüşünə" keçib. Buna misal olaraq, şirkətin Qazax rayonunda yaratdığı konserv zavodunu göstərmək olar. Burada yerli sakinlər olduqca ağır qul əməyinə cəlb edilib. Belə ki heç bir əmək müqaviləsi olmadan onlar gündə 10-12 manata əmək saat normasından iki qat artıq müddətə kölə kimi işləməyə məcbur edilirlər.

Deyilənlərə görə,gənc qadınlar saatlarla soyuducunun içərisində işləməyə məcbur edilirlər. Bu insanların sağlamlıgına ciddi zərər vurur. Həkim mütəxəssisin söylədiyinə görə, bu şərait həmin qadınlarda daimi soyuqlama ilə əlaqədar olaraq gələcəkdə onların nəsilartırma qabiliyətinə ciddi ziyan vurur. Əmək müqaviləsi olmadığı üçün istehsalat zərərinin müəssisə tərəfindən kompensasiya edilməsindən söhbət belə gedə bilməz. Bütün bu məlumatları araşdırmaq üçün konserv zavodunun rəhbəri Nəbi müəllimlə görüşmək cəhdimiz baştutmadı. Əvəzində müəssisənin işıq işçisi kimi özünü təqdim edən Emin adlı şəxs bildirdi ki, buranın sahibi odur. O, bizim suallara cavab verməyə həvəsi olmadığını bildirdi.

Araşdırmalarımızdan sonra məlyum oldu ki, həmin Emin adlı şəxs sözügedən müəssisənin kadrlar şöbəsinin rəisidir. Onun verilən suallara cavab verməməsi sözügedən faktların dolayısı ilə təsdiqidir. Qazax rayonudakı konserv zavodunun müdiri Nəbi müəllimin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq. Araşdırmamız davam etdiriləcək. Hazırda bir sıra faktları dəqiqləşdirməyə çalışırıq. Mövzuya qayıdacağıq.


GundemXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam