Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət satınalmalarında 154 milyon manatlıq korrupsiya aşkarlandı -Hesablama Palatası

hesablaması

 

Dövlət büdcəsində ən çox pozuntulara rast gəlinən sahələrdən biri  dövlət satınlamalarıdır.

Yenixeber.org:  Hesablama Palatasına istinadən xəbərə görə, burada əsaslı təmir–tikinti işləri ilə bağlı nöqsanlar daha böyük çəkiyə malikdir.

Hesabat dövründə 2016-cı ildə nəzarət tədbirləri 1 mlrd. 525 mln. manat  vəsaiti əhatə edib.  Qurum təqribən  3459 satınalma müqaviləsi üzrə yoxlama aparıb.

Məlum olur ki, dövlət satınalmalarının cəmi 14.1 faizi tender vasitəsilə həyata keçirilib. Bu təqribən 202.1 milyon manatı əhatə edir. Qalan prosedurlarda bir mənbədən satınalmadan, təkliflər sorğusu və kotirovka sorğusu metodlarında istifadə edilib.  Ümumiyyətlə, indiyədək aparılan araşdırmalar göstərir ki,  bir mənbədən satınlamalar zaman qeyri-şəffaflıq özünü daha çox göstərir.

Hesablama Palatasının təhlili də göstərir ki, qurumlar tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanlar satın alınan malların ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması, bank təminatı alınmadan avansın ödənilməsi, xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi  nöqsanlardır.  Burada isə nə az, nə çox müsabiqə və tender zamanı  üzə çıxarılan 153.8 milyon manatlıq  korrupsiya faktından söhbət gedir.

(Cədvələ bax)

unnamed

Cədvəldə əks etdilmiş məlumatlara əlavə olaraq qeyd edilir ki, “Azəriqaz” İB üzrə xarici valyuta ilə manat ifadəsində 57,2 mln. manat məbləğində satınalma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilməyən “seçmə qaydada müsabiqə” metodu tətbiq etməklə həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam