Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Krediti borcu olanlar da sosial mənzil ala bilərlər" -EKSPERTDƏN AÇIQLAMA

"Krediti borcu olanlar da sosial mənzil ala bilərlər" -

“Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı bizim mərkəzə daxil olan müraciətlərin də sayı da artır. Son günlər bizə ünvanlanan, amma statuslarımda toxunmadığımız bəzi məsələlərə aydınlıq gətirmək istərdim”.

Yenixeber.org:   Bunu tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” statusunda qeyd edib.

vuqar-1

Sual-cavab formasında olan statusu olduğu kimi, təqdim edirik:

-Hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

– Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

-Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?

– Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə, bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu mümkündür.

-Müraciətlər neçə mərhələli olacaq?

– Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.

– Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?

-Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam