Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Sosial mənzillərin sayı məhdud, müraciət isə çox olacaq..." -EKSPERTDƏN AÇIQLAMA

"Sosial mənzillərin sayı məhdud, müraciət isə çox olacaq..." -

 

“Sosial evlər ilə bağlı sorğulara cavab olaraq bildirmək istərdim ki, bu mənzillərə sahib olmaq istəyənlər gələn ayın 1-dən başlayaraq elektron müraciət edə biləcəklər. Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək”.

Yenixeber.org: Bunu iqtisadçı-ekspert Vüqar Bayramov öz “Facebook” statusunda yazıb.vuqar-1

O, yazıb ki, bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır.

Onun yazdığına görə, eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir:

“Sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Bizim qiymətləndirmələrimizə görə, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240 manat, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu, o, deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa o zaman 5 min manat ilkin ödəniş lazım olacaq.

Sosial mənzil almaq üçün müraciətlərin sayının çox olacağı nəzərə aldıqda qeydiyyat başladıqdan sonra daha tez müraciət etməyiniz məqsədəuyğundur. Çünki mənzillərin sayı məhdud, müraciət isə çox olacaq. Buna görə, ilkin müraciət edənlərə üstünlük veriləcəyi gözlənilir. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam