Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət gənclərə ev bağışlayacaq

 

 Azərbaycanda sosialyönümlü xalq evlərinin tikintisi gündəmə gəlib.
Xeberinfo.com": Məlumata görə, Milli Məclisdə müzakirəyə çıxarılacaq Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Millət vəkili Hadi Rəcəbli deyib ki, əslində dövlət bu evləri gənclərə bağışlayacaq: “Amma simvolik olaraq ev verilmiş şəxs kredit ödəyəcək. Faktiki olaraq bu bağışlamağın bir növüdür. Bu bizim dövlət başçısının bir istəyidir. Bu da zaman-zaman həyata keçirilir və keçiriləcək də”.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sosialyönümlü ev fürsətindən faydalana bilmələri üçün gənc ailələrə iş təklif oluna biləcəyini də deyib: “Onlar nikaha girən zaman birinə mütləq iş verilsin ki, bununla da sosial durumu ağır olan gənc ailəyə faizsiz uzun müddətli ipoteka krediti verək. Bu ona oxşayacaq ki, belə ailə kirayə haqqı verəcək, amma 25 ildən sonra ödədiyi kirayə haqqına görə ev ona qalacaq. Əlbəttə, bunun üçün maliyyə dəstəyi olmalıdır. Yəni ilkin ödənişi bank ödəməlidir”.
 
İqtisatçı ekspert Vüqar Bayramlı bu fikri müsbət qiymətləndirib: “Hesablamalarımız göstərir ki, gənc ailə ayda 60 manat ödəməklə 2-otaqlı, ümumi sahəsi elə 50-60 kvadrat sahə olan mənzilə sahib ola bilər. Bu zaman bunu məhz 20 il müddətində ödəmək imkanı əldə etmiş olacaq. Artıq 20 ildən sonra mənzil sahibi mənzilin mülkiyyətçisinə çevrilməklə sonradan satmaq imkanına da malik olacaq. Bütün hallarda isə həmin şəxsin il boyu bu evdə qalmaq hüquqi olacaq”.
Layihənin digər bir üstünlüyü isə sosialyönümlü evə sahib olmaq istəyən gənclərdən iş yerindən arayışın tələb olunmayacağı ilə bağlıdır. Vüqar Bayramlı bunundan gənclərin işini daha da asanlaşdırdığını bildirir:
“Aylıq ödəniş 60 manat olduğu üçün vətəndaş iş yerindən arayış təqdim etmədən belə sosial mənzilə sahib ola biləcək. Bu da imkan verəcək ki, vətəndaş sosial mənzilə sahib olan zaman da, hətta iş yerindən arayış almadan bu evə sahib çıxır. Bunun elə məhz xalq evinin adlanmasında əsas odur ki, əhalınin aztəminatlı gənc ailələr üçün nəzərdə tutulur. Yalnız o gənc ailələrə veriləcək. İl ərzində 1-ci mərhələdə dövlət büdcəsindən təxminən 300 milyon manat vəsait ayrılmaqla bu layihəni həyata keçirmək mümkün olacaq. Bu da imkan verəcək ki, dövlət sosial mənzil fondunun formalaşmasını həyata keçirsin və sosial mənzillərin inşası reallaşsın. Və bu da öz qiymətinə vətəndaşa təklif olunacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam