Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Fuad Hacıyevin "kadr təmizləmə" siyasəti davam edir -ADBTİA-da

ADBTİA: Rektor Fuad Hacıyevin repressiv "kadr təmizləmə" siyasəti davam etməkdədir

Müxtəlif təbəqəli bəzi məmurlar öz vəzifələrini ailəvi mülkə çevirib və 1001 oyundan çıxırlar ki, bircə ciblərini dövlət hesabına doldursunlar və etdiklərinə, oğurladıqlarına görə heç bir əngəllə qarşılaşmayanda – cəzasızlıq isə məlum olduğu kimi, özbaşınalıq doğurur 

Yenixeber.org:  Mediatv.az-ın redaksiyasına daxil olmuş yeni məlumatda bildirilir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru F. Hacıyev çoxillik pedaqoji təcrübəyə malik Sabir Vahidovu tədris şöbə müdiri vəzifəsindən çıxararaq yerinə özünə yaxın bildiyi naşı adamı təyin edib. Oqtay müəllimi də fakültə dekanı vəzifəsindən alan rektor onun yerinə ƏƏSMN-dən dəvət etdiyi, elmə aidiyyatı olmayan Rəfail adlı şəxsi gətirib. Etibarlı mənbə həmçinin bildirir ki, rektor uzun müddətdi ki, Elmi Şuranın və Rekroratdığın iclasını keçirmir. Bu da onunla izah olunur ki, F. Hacıyev özü elm və təhsil adamı olmadığı üçün onu ifşa edə biləcək bu cür elmi tədbirlərə meylli deyildir. Xeyli vaxtdı çağırılmayan rektorluğun iclasını da yalnız bu ərəfələrdə keçirib ki, o da mürtəceliyi ilə yadda qalıb. Rektor həmin iclasda köhnə hesab etdiyi müəllimləri hədələyərək, hamısını attestasiya ələyindən keçirəcəyini bildirib. Nədənsə, təzə təyin etdiyi müəllimlərə və texniki işçilərə, yeni yaratdığı komandanın üzvlərinə isə bu attestasiyanın aidiyyatı olacağını deməyib. Qəribədir, görəsən uzun illər elmdə can qoymuş ziyalılarla, belə uyğunsuz rəftar etməyə F. Hacıyevin mənəvi haqqı çatırmı?  

Fuad Hacıyevin "kadr təmizləmə" siyasəti davam edir -

Görün, işin harasıdır ki, qiyabilər üçün imtahanın sualları açıqlansa da, cavablar gizli saxlanılıb. Mediatv.az-a verilən məlumata görə buna etiraz əlaməti olaraq tələbələr rektoratdığın qabağında "yürüş" keçiriblər. Bu tələbələrdən  yalnız gəlir mənbəyi kimi istifadə etmək əsla rəhbər əxlaqına yaraşmaz. Bunu rektorluğun korruptiv maraqları ilə əlaqələndirənləri əsla qınamaq olmaz. Bu üzdən F. Hacıyevin Akademiyada hökmranlıq dönəmi orta əsrlərdə elmli, mədəni Müsəlman Şərqini viran qoyan monqol hücumu ilə müqayisəyə gələcək qədərdi. Hərçənd, monqol xanı Hülaku heç olmasa, Nəsirəddin Tusini Ələmut zindanından azad etmiş, onun məsləhəti ilə Marağa şəhərində dünyaca məşhur, möhtəşəm rəsədxana tikdirmişdi. Akademiyada elmimizin böyük qayğıkeşi Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verən F. Hacıyevinsə, elmin inkişafı naminə görmüş olduğu, alnını açıq, üzünü ağ edəcək bircə dənə də olsun xeyirxah işi yoxdur.

 Davamı var..

  Qarşı tərəfin cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam