Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

At kəsib satanlar həbs oluna bilər? -Azad İstehlakçılar Birliyinin sədrindən açıqlama

At kəsib satanlar həbs oluna bilər? -

 

Azərbaycanda son günlər at və eşşək ətinin kəsilib istehlakçılara satılması məsələsi müzakirə olunmaqdadır. 

Yenixeber.org:   Dövlət Baytarlıq Xidməti də bu istiqamətdə işlər aparır və ictimaiyyətə məlumat verir. Bəzən elə hallar olur ki, bir şəxs bir dəfədən çox bu işlə məşğul olduğu aşkarlanır.

Bəs maraqlıdır ki, həmin şəxslərə qarşı hansısa hüquqi məsuliyyət nəzərdə tutulubmu? 

“Qafqazinfo” bununla bağlı Dövlət Baytarlıq Xidmətinin Mətbuat rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, xidmət tərəfindən bu kimi hallar ilk dəfə aşkarlandıqda həmin şəxs 200 manat cərimə olunur: “ Əgər ikinci dəfə baş verərsə, 300 manat cərimə müəyyən olunur. Bundan əlavə, məsələ hüquq- mühafizə orqanları tərəfindən də araşdırılır.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçını aldatma faktı 40 manatadək olduqda, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir: “Bu fakt 100 manat olduqda isə cinayət məsuliyyəti yaradır. CM-nin müvafiq maddəsinə əsasən, insan ölümü ilə nəticələnən hadisə baş verərsə, 3 ildən 7 ilədək həbs gözlənilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam