Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ABŞ Gülənin "qələmini" qıracaqmı? -Tillerson Ankaraya gəlir

reks tillerson

İŞİD-i məğlub etməklə bağlı ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyə liderləri ilə aparacağı danışıqlar Qərb müttəfiqlərində daha çox qıcıq oyadan əsas tərəfdaşla münasibətləri möhkəmləndirmək üçün yaxşı fürsət sayılır.

Yenixeber.org:   Lakin bu gün Ankarada prezident Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmiləri ilə görüşəcək Tillersonun müzakirələr müstəvisində geniş çatlar var. Onlardan ən böyüyü Ərdoğana geniş səlahiyyətlər verəcək Türkiyə konstitusiyasına yeni düzəlişlərə dair qarşıdakı referendumdur.

Eyni zamanda, İŞİD-lə mübarizədə Ankaranın kürd silahlılarından istifadəylə bağlı qorxusu və Suriyadakı vətəndaş müharibəsində qaçqınlar üçün “təhlükəsiz zonalar”ının yaradılması ideyası müzakirələri mürəkkəbləşdirir. Türkiyə rəsmiləri, həmçinin adı keçənilki uğursuz hərbi çevriliş cəhdinə görə hallanan ABŞ-lı vaizə görə narahatlıq keçirirlər.

Tillersonun səfəri ərəfəsində “Middle East Eye” (MEE) Ankarada hansı nəticələrin əldə ediləcəyinə dair Vaşinqtonun Türkiyədəki sabiq elçisi, səfir Robert Pirson, alimlər və prezident Donald Trampın ikiaylıq administrasiyasının rəsmiləri ilə söhbətləşib.

 1. Ərdoğanın səlahiyyətlərini genişləndirəcək referendum

Ərdoğanın səlahiyyətlərini artıracaq 16 Aprel referendumu öncəsi Türkiyədə ehtiraslar yüksəlməkdədir. Avropada yaşayan türk mühacirlər üçün mitinq kampaniyasına qadağalar ucbatından Ankara Almaniya və Hollandiya ilə dalaşır.

Prezident Ərdoğan hətta iki NATO-lu müttəfiqinin ürəyini partlatmaq üçün İkinci Dünya müharibəsinin arxivindən “faşist”, “nasist” kimi təhqiramiz sözləri işlətməkdən çəkinmir. Dövlət Departamentinin yüksək mövqeli bir rəsmisinin sözlərinə görə, Tillerson referendum öncəsi həssaslıqların “kəskinliyindən xəbərdardir”.

2000-2003-cü illərdə ABŞ-ın Türkiyədəki səfiri olmuş Pirsonun sözlərinə görə, Tillerson, güman ki, mübahisəli məqamlardan yayınacaq və bu ölkədəki demokratiyaya dəstək verəcək. Hərçənd hüquq müdafiə qruplarının rəyinə görə, Türkiyə daha avtoritar və yad fikrə dözümsüzlüyə meylli dövlətə çevrilib.

“Çətinlik ondadır ki, Ərdoğan türk demokratiyasına sonradan onu “təmizləmək”, sərt idarəçilik və praktiki olaraq qeyri-məhdud prezident hakimiyyəti üçün dəstək verib, – deyə Pirson “MEE”yə bildirib. – Beləliklə, Tillerson demokratiyaya dəstəklə bağlı incə bəyanat verəcək, lakin 15 İyul çevriliş cəhdindən sonra baş verən hər şeyi təqdir etməyəcək”.

Dünya Siyasəti İnstitutu Analitik Mərkəzinin alimi Conatan Kristol bu rəylə razılaşır.

“Referendum mövzusu çoxlu tənqidlə üzləşir, amma Tillersondan kəskin bəyanat gözləməyə dəyməz. Çünki ABŞ Suriya məsələsində Türkiyə ilə əməkdaşlığa ehtiyac duyur. Tramp administrasiyası və Tillersonun özü insan haqları və siyasi azadlıqlarla əlaqədar az qayğılanırlar”, – deyə Kristol “MEE”yə bildirib.

 2. Türkiyə Güləni istəyir

Türkiyə rəsmiləri keçən ilin iyul ayında baş vermiş uğursuz çevriliş cəhdində Fəthullah Güləni ittiham edir və pensilvaniyalı din xadimini tutmaq üçün onların əlləri gicişir. ABŞ-ın sabiq prezidenti Barak Obamanın administrasiyası Türkiyənin tələbi ilə Güləni təhvil verməkdən imtina edib.

Bu ay MKİ-nin sabiq direktoru Ceyms Vulsi Trampın ilk milli təhlükəsizlik məsləhətçisi, təqaüdçü general Maykl Flinnin sentyabrda Türkiyə rəsmiləri ilə “ölü gecədə bu oğlanı ölkədən əkişdirmək” planlarını aşkara çıxarıb.

Dövlət Departamentinin rəsmisi adının gizli qalması şərtiylə, jurnalistlərə deyib ki, Türkiyənin ekstradisiya tələbi “indi Ədliyyə Nazirliyindədir”, lakin Tillersonun türk vəzifədaşlarına veriləcək “hazır cavabı” var.

Pirsonun sözlərinə görə, yəqin ki, türklər Gülənin təhvil verilməsi üçün Tillersona təzyiq göstərəcək və səfər zamanı ekstradisiyanı lovğalıqla televiziyada göstərmək istəyəcəklər. Lakin dövlət katibi “çətin ki, o cür siyasi sövdələşməyə getsin, hərçənd bu, imkan daxilində olan işdir”.

“New America Foundation” Analitik Mərkəzinin təmsilçisi Barak Barfi deyib ki, Trampın komandası məhkəmələrdən yan keçəcək və xarici siyasətinin əsas məqsədi – İŞİD-in çökdürülməsi istiqamətində Türkiyədən güclü dəstək qazanmaq üçün Güləndən qurbanlıq quzu kimi istifadə edəcək.

“Ərdoğanın könlünü almaq üçün sadəcə hansısa fərddən imtina etmək lazım gələrsə, Tramp bunu edəcək, – tez-tez Türkiyədə səfərdə olan Barfi “MEE”yə bildirib. –Bu administrasiyada məqsədə yetişmə ilə bağlı fikir ayrılığı yoxdur. Onlar oyun-oyuncaqla oynamırlar”.

 3. Uçuşa yasaq və təhlükəsizlik zonaları

Altı il əvvəl Suriya prezidenti Bəşər Əsədə qarşı üsyan başlayandan bəri ABŞ və digər qüdrətli dövlətlər müntəzəm olaraq “mülki əhali üçün təhlükəsizlik zonaları” və  “uçuşa yasaq zonalar” yaradılması müzakirə edir, lakin irəliləyiş azdır.

İŞİD-lə mübarizə aparan 68 ölkədən ibarət koalisiyanın bu ay Vaşinqtonda keçirilən danışıqlarında R.Tillerson İŞİD əleyhinə mübarizənin növbəti mərhələsində Suriya və İraqda qaçqınların ocaqlarına qayıtmasına kömək məqsədilə “müvəqqəti sabitlik zonaları”nın yaradılması fikrini canlandırdı.

Türkiyə lap çoxdan, xüsusilə çiliklənmiş dövlətlə 911 km-lik sərhədində, Suriyada belə təhlükəsiz zonaların yaradılmasına çağırışlar edib. Dövlət Departamentinin başqa bir rəsmisi bildirib ki, “başlıca müttəfiqlərimizin sərhədləri”ndə sabitliyin təmin edilməsi “Ankaradakı müzakirələrimizin diqqət mərkəzində” olacaq.

Barfinin fikrincə, təhlükəsiz zonaları Vaşinqton üçün çətin məsələ olaraq qalır. Çünki böyük ehtimalla, Suriya torpaqlarındakı zonaların müdafiəsi Amerika əsgərlərinin boynuna düşəcək: “Siz həmin zonaların keşiyini çəkməlisiniz. Bu isə missiyanın böyüməsi deməkdir və heç bir çıxış strategiyanız yoxdur”.

 4. Raqqa yarışı

Dövlət Departamenti rəsmilərinin sözlərinə görə, Ankarada danışıqların əsas mövzusu İŞİD qalalarına ABŞ-ın rəhbərliyi ilə hücum olacaq. İŞİD-çilər İraq və Suriyadakı mövqelərini itirib, üstəlik ABŞ, Türkiyə və Rusiya tərəfindən dəstəklənən üç ayrı-ayrı qüvvə de-fakto İŞİD-in paytaxtı Raqqaya doğru irəliləyir.

Silahlılar dağınıq hala düşüb və onların böyük hissəsi məhv edilib. Yaxın aylarda onların Mosul, Raqqa və digər qalaları itirməsi gözlənilir. Qondarma xilafətin sərhədləri kiçildikcə İŞİD-çilər bombalı avtomobillərin partladılması daxil olmaqla, partizan taktikasına keçid edəcəklər.

Barfinin sözlərinə görə, sonrakı dönəmdə diplomatiya çox sərt olacaq, çünki Vaşinqton, Ankara, Tehran və Moskvanın müharibə sonrası Suriya barədə təsəvvürləri və Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsində rəyləri fərqlidir.

“Türkiyənin Tramp admistrasiyasının mühüm müttəfiqi olmaq potensialı var. Lakin Tillerson Ankaranı çox da ümidləndirməyəcək, – deyə Barfi “MEE”yə bildirib. – Trampın İŞİD-lə bağlı təfsilatlı planı yoxdur. Bu proses hələ tamamlanmayıb”.

 5. Kürd məsələsi

ABŞ və Türkiyə arasında əsas ziddiyyət nöqtəsi 30 ildir Türkiyədə partizan müharibəsi aparan Kürd Fəhlə Partiyasının, Ankaranın rəyincə, bir hissəsi olan Suriyadakı kürd milislərdən ibarət YPG-yə Vaşinqtonun verdiyi dəstəkdir.

Ankara kürd milliyyətçiliyini böyük təhlükə sayır. Vaşinqton üçün isə kürd döyüşçüləri, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrin (SDF) ərəb döyüşçüləri ilə yanaşı, Raqqanın fəthi üçün İŞİD-ə qarşı ən təsirli qüvvələrdir.

Pirsonun sözlərinə görə, “bu, çözümün dolayı yoludur, lakin tərəflər hələ həmin məqama gəlib çıxmayıblar”.

Sabiq diplomat və Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin alimi deyib ki, Ankaranın təhlükəsizlik qorxusunu sakitləşdirməkdən ötrü Vaşinqton sövdələşməyə getməli, Şimali İraq və şimal-şərqi Suriyada Türkiyəyə “post-qələbə dönəmində idarəçilik üzrə məsləhət və yardımçı rolu” təklif etməlidir.

Ceyms Raynl

“Middle East Eye” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam