Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə işsizlik səviyyəsi:7 illik maksimumda

Türkiyədə 2016-cı ilin dekabr ayı üçün işsizlik göstəricisi 2015-ci ilin analoji dövrü ilə müqayisədə 668 min nəfər və ya 20,84% artaraq 3,872 mln. təşkil edib.

Yenixeber.org:   “Bloomberg” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb.

TÜİK-in hesabatına əsasən, dekabrda işsizlik illik müqayisədə 1,9 faiz bəndi artaraq 12,7%-ə bərabər olub. Gözləntilər işsizliyin 12,4% olacağını göstərib. Hesabat dövründə kənd təsərrüfatı sektoru istisna olmaqla işsizlik göstəricisi isə 2,2 faiz bəndi artaraq 14,9% təşkil edib. Nəticədə, işsizlik göstəricisi 2010-cu ilin martından sonra ən yüksək həddə çatıb.

Hesabat ilində gənc əhali (15-24 yaş grupu) üzrə işsizlik göstəricisi 4,8 faiz bəndi artaraq 24%-ə yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam