Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“İqtisadi tənəzzül daha da dərinləşib”

qubad

”İl sonu makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını azaldır”

“Son 1 ayda iqtisadi tənəzzül daha da dərinləşib. Qeyri-neft ÜDM 5,6 faiz azalıb”

Xeberinfo.com:   Bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində belə yazıb.

Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. İqtisadçı deyir ki, açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb:

“Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlaması və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də, həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir”.

Qubad İbadoğlu deyir ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam