Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

"Ölkəmizin inkişafı üçün hərtərəfli çalışacam" -I vitse-prezident

mehriban

Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatlıq fəaliyyətinin sona çatması ilə əlaqədar çıxış edib.

Yenixeber.org:  Həmin çıxışı təqdim edirik:

"21 feval ölkə Prezidentinin sərəncamı ilə birinci vitse- prezident vəzifəsinə təyin edilməyimlə bağl deputat fəaliyyətimi dayandırmalı oluram. 10 ildən artıqdır ki, parlamentdə fəaliyyət göstərmişəm. Deputat adını daşımaqdan böyük şərəf duymuşam. Ölkəmizin inkişafında deputat korpusunun da böyük rolu olub. Xüsusilə də ölkədə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasında deputatların xüsusi rolu olub. Bu müddət ərzində parlamentdə xoş ab-havanın şahidi olmuşam. Belə bir mühitin yaradılnmasında spiker Oqtay müəllimin rolu var . O, öz vəzifəsini layiqincə yerinə yetirib.

Fəaliyyətim dövründə mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün dövrlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal xarakter daşımayıb, nailiyyətlərimizə kömək olub. Əminəm ki, bundan sonra da Xəzər rayonun inkişafı üçün çalışacam.

Humanizm ideyalarına uyğun olaraq irəli sürdüyüm amnistiya aktlarının qəbul olumması təşəbbüsü həmkarlarım tərəfindən dəstəklənib. 39887 məhkum cəzadan azad edilmişdir. İnsanlara azadlıq bəxş etmiş deputatlara da təşəkkür edirəm. İnanıram ki, bu cür təşəbbüslər bundan sonra da mümkün olacaq.

Deputat fəaliyyətimi ömür fəaliyyətim kimi qiymətləndirirəm. Vəzifəmdən, fəaliyyətim istiqamətindən asılı olmayaraq, sadə prinsiplərinə əsaslanmışam. Çalışıram ki, vəzifəmi vicdanla, ləyaqətlə yerinə yetirim. Çünki vicdan və ləyaqət, qarşlılıqlı hörmət və humanizm Tanrının insana verdiyi ən ali keyfiyyətlərdir. Bundan sonra da mənəvi dəyərləri üstün tutacam, müstəqilliyin qorunması, ölkəmizin inkişafı üçün hərtərəfli çalışacam.

Bu müddət ərzində soydaşlarımızdan mənim ünvanıma təbrik məktubları gəlir. Səmimi ürək sözlərinə görə hər birinə dərin minnətdarlığımı bildirirəm.

Bundan əlavə, bütrün Azərbaycan qadınlarını və parlamentdə təmsil olunan qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bu illəri birgə keçirdiyimiz fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam