Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AYAZ NİYAZOVİÇİN RUSİYA SEVGİSİ VƏ TÜRKİYƏ NİFRƏTİ! –Eks-prezidentdən daha nələr gözləmək olar?

ayaz

Xeberinfo.com:   Hər il Xocalı soyqırımının ildönümü yaxınlaşanda Azərbaycanda hakimiyyət dərəbəyliyinin əsasını qoyan Ayaz Mütəllibovun mətbuat səhifələrində peyda olması ənənəvi hal alıb.

Təəssüf ki, bu il də həmin ənənə pozulmadı – yenə 1992-ci ilin fevralında camaatı əliyalın, köməksiz vəziyyətdə erməni-rus birləşmələrilə üz-üzə qoyaraq qırğına verib, başı özünə bəzək-düzək verməyə qarışan birisi bugün utanmadan günahı kimlərinsə üstünə atır, Rusiya və İrana mədhiyyələr yağdıraraq göylərə qaldırır, bu faciədə özünün az qala heç bir günahının olmadığını söyləyərək, hətta Xocalı qətliamında bizimkilərin rolu olduğuna işarə vurmaqla, camaatın gözünə kül üfürür. Bu rəzil mənzərəyə baxıb düşünürsən ki, doğrudanmı belələri üçün müqəddəs heçnə yoxdur?

“Apreldə Rusiya müharibəni dayandırdı və…”

Mütəllibov mətbuatda gedən son müsahibəsi ilə yerini kifayət qədər bərkitdiyini göstərir və hətta onu ölkəyə buraxıb imtiyazlar verən hakimiyyətə ağıl verməkdən də çəkinmir. Azərbaycanın tutduğu siyasi xəttə münasibətdə deyir: “Biz Azərbaycan-Rusiya münasibətlərini düzgün qiymətləndirməyib, başqa partnyor seçdik, məsələn, NATO ölkəsi Türkiyəni”. Sözünü guya cəbhə hakimiyyətinə yönəltsə də, əslində Azərbaycanın indiki hakimiyyətinin də Türkiyə ilə münasibətlərini və tutduğu siyasi xətti bilməmiş deyil.

“Biz Avrasiya və Şanxay ölkələri birliyindən kənarda qalmışıq. Ancaq bu birliklərdən kənarda qalmamalıyıq”. Fikir verin, Azərbaycanın indiki hakimiyyətinin hər vəchlə müstəqilliyini və neytrallığını qorumağa, regionda söz sahibi olmağa çalışdığı, Türkiyə ilə münasibətlərə böyük prioritet qazandırdığı bir dönəmdə, bu “eks-prezident” titulunun və “rus-iran məddahlığı” virusunun daşıyıcısı ölkəni yenə boyunduruğa layiq bilir. Onun daha bir fikri: “Aprel döyüşləri onu göstərdi ki, Qarabağda müharibənin getməsinin tərəfdarları nə Rusiya, nə də İrandır. Odur ki, Rusiya tərəfi müharibəni dayandırdı və Azərbaycana bu məsələnin tezliklə sərhədlərinin dəyişdirilməyəcəyi prinsipi əsasında həll edəcəyinə söz verdilər. Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”.

Yoldaş Mütəllibovun dediyi həmin aprel döyüşlərindən artıq bir il ötür. Özü də etiraf edir ki, Azərbaycanın irəliləməsinin qarşısını məhz Rusiya aldı və məsələnin tezliklə həll olunacağına söz verdi. Bəs hanı nəticə? Özü uzun müddət milləti rusun quyruğuna bağlayıb aldadandan sonra, indiki hakimiyyəti də eyni yola çəkir – yəqin yeni Xocalı arzusundadır! Fikirlərindəki ziddiyyətlərə baxın - “Rusiya və İran Cənubi Qafqazda sülhün təmin olunmasını istəyəcəklər. Odur ki, müharibənin olacağına inanıram”. Bu nə erməni-rus-iran budaq cümləsidir görəsən? Demək bunlar nə vaxt regionda sülh istəsələr, (hansı ki, heç vaxt istəməyiblər) müharibə olacaq… İndi özü bilər, ancaq kaş hakimiyyətdə olduğu dövrdə bu adam Rusiya və İranı sevdiyinin mində biri qədər Azərbaycanı sevəydi…

Ayaz Niyazoviç: “Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub…”

ayaz03

Heydər Əliyev bunun ayağını ölkəyə basmağa qoymadı. Sözsüz ki, düz elədi. Ancaq indi bu özü və hətta parlamentdə oturdulan tör-töküntüləri gündə ağzından bir əyri avaz çıxarıb millətin ürəyini bulandırmaqla məşğuldurlar. Həmin müsahibədə Rusiyanın azərbaycanlılara iş verdiyinə eyham vurur və bunu əlində bayrağa çevirir. Ancaq özü də gözəl bilir ki, Azərbaycana rəhbərlik edənlərin, deməli həm də elə özünün hökmranlığı dövründəki “səyləri” nəticəsində çöllərə səpələnən həmvətənlərimiz Rusiyanın özü üçün böyük gəlir mənbəyidir. Rus məmuru və polisini rüşvətlə, dolanışıqla təmin edən görəsən kimlərdir? Tənbəl rusun görmədiyi ən qara və əziyyətli işlərə qatlanan görəsən kimlərdir? Rusiya cəmiyyətində yaranan mənfi emosiyaları ən rahat şəkildə kimlərin üzərinə yönəltmək olar? Əlbəttə ki, həm də bizimkilərin. Yəqin Rusiyada gündə onlarla, bəlkə də yüzlərlə rusun törətdiyi bir cinayət əməlinə yol verən (əgər o törədibsə…) Orxan Zeynalovun əli qandallı daxili işlər nazirinin qarşısına gətirilməsi və alçaldılması səhnəsini Ayaz Niyazoviç özü də müşahidə edib. Cinayətkardısa haqq qazandırmırıq – ancaq məhz azərbaycanlı olduğuna görə onun ətrafında şou düzəldilməsi qəbuledilməzdir. Ancaq bunlar siyasi şoumen və stilyaqa “eks-prezident” üçün heç bir əhəmiyyət kəsb etmir. Bunun kimiləri ancaq öz rahatlığı və məsuliyyəti kimlərinsə üzərinə atmaq düşündürür.

Qul-beçəsi olduğu Rusiyanı müdafiə edərək, öz millətini belə alçaltmağa razı olan bu şəxs görün nə deyir: “Qarabağın itirilməsini Rusiyanın adıyla bağlamaq düzgün deyil. Bizim torpaqlarımızı ermənilər zəbt ediblər”. Deməli, sayca bizdən dəfələrlə az, qeyrəti, şərəfi bütün dünyaya bəlli olan erməni öz gücünəmi bizim torpaqlarımızı zəbt edib? Biz millət olaraq bu qədərmi cılız, aciz və qorxağıq? Öz millətini bu qədər təhqir etmək və alçaltmaq olarmı? Ermənilər özləri Rusiya olmasa, Azərbaycanın ayaqları altında əzilib məhv olacaqlarını etiraf edərkən, bu şəxs kimlərin mahnısını oxuyur görəsən?

Nəhayət, Xocalı qətliamı ilə bağlı dedikləri: “Çingizin çəkdiklərindən xəbərim var. Onun çəkdiklərindən belə çıxırdı ki, Xocalı qırğınında iştirak edənlərin arasında satqınlarımız da olub. Ancaq mənə imkan vermədilər ki, Çingizin gətirdiyi faktları hərtərəfli təhlil etdirim. Yaxşı olar ki, Çingizin göstərdiklərini Azərbaycanın müvafiq orqanları təhlil etsin. Çünki söhbət milli xəyanətdən gedir”.
“Utan!” demək istəyirsən, ancaq kimə deyirsən… Bu millətin hansısa nümayəndəsinin körpə meyitini təhqir etməsinə inanmaq üçün, gərək bu millətdən olmayasan! Baxın, adam ermənilərin dediklərini deyir və az qala bu qətliamı bizimkilərin törətdiyinə eyham vurur. Doğrudan da mərhum Heydər Əliyev bilib, beləsinin Azərbaycan torpağına ayaq basmasına izin verməyib… Onun dediyi milli xəyanət isə doğrudan da olub, ancaq Xocalıda yox, Bakıda! Və bunu kim edibsə, hamı gözəl bilir! Görəsən, Azərbaycanda yerlibazlığın ilk toxumunu səpən, gədə-güdəni qudurdub millətin başına çıxaran və iki sözündən biri rus-iran olan birisinin Azərbaycanın yetim-yesirindən yığılan vergilər hesabına imtiyazlarla və pul-para ilə təmin olunması bizim üçün növbəti xəcalət nümunəsi deyilmi?

Təəssüf ki, tarixi silmək olmur və bu şəxs doğrudan da, nəvaxtsa Azərbaycana rəhbərlik edib…


AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam