Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Qarabağı bir yolla düşməndən azad etmək olar...” -Deputatlar o yolu göstərdilər

 

Xeberinfo.com:   Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. İşğal olunmuş ərazilərinin azad edilməsi isə Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının dünyaya çatdırılması ilə məşğul olmalıdırlar.

2017-ci ildə Dağlıq Qarabağ hansı yollarla düşməndən azad edilə bilər?

 

Modern.az saytı bir neçə deputatın fikrini öyrənib.

 

Fəzail Ağamalı deyir ki, o, işğal olunmuş torpaqlarımızın azad olunmasının yeganə yolunu qəhrəman Milli Ordumuzda, ölkə prezidentinin iradəsində və müdafiə nazirinin peşəkarlığında görür.

“Bu torpaqlar müharibə yolu ilə qaytarılmalıdır. İşğal günündən bu günə kimi belə böyük işi öz üzərinə götürən beynəlxalq təşkilatlar onların yanındadırlar. İkinci Ermənistan dövləti yaratmaq niyyətindədirlər. Bu niyyətlər də ölkə prezidentinin çıxışlarında açıq şəkildə ortalığa qoyulur. Ona görə də biz işğal altında olan torpaqlarımızı Milli Ordumuzun qəhrəmanlığına söykənərək, azad etmək haqqında düşünməliyik”.

 

Zahid Oruc deyir ki, Dağlıq Qarabağı necə itirmişiksə, həmin yollarla da qaytarmalıyıq.

“Bu sadəcə hərbi meydanda baş vermiş məğlubiyyət hadisəsi deyil. Həmin dövrdə güclü dövlətin qurulması mümkün olmamışdı.  Həmçinin, xarici əlaqələrimiz çox zəif vəziyyətdə idi. Təbii ki, ordu yaradılmamışdı. Bizim alimlər, ziyalılar ordusu tarix planında, elmi əsərlərdə düşmənlə savaş meydanına tam gücləri ilə səfərbər oluna bilməmişdilər. Əhali prosesə tam hazırlıqsız vəziyyətdə yaxalanmışdı. Bütovlükdə isə Azərbaycan özünün hərbi, siyasi müttəfiqlərini yarada bilməmişdi. Məncə bütün xalqın mübarizəsini, missiyasını bir qüvvənin üzərinə qoymaq yanlış olar. Bu ümumxalq mübarizəsidir. Hamının Qarabağ uğrunda mübarizəsi olmalıdır”.

Elman Məmmədovun fikrincə, Qarabağı ancaq müharibə yolu ilə azad etmək olar.

“Çünki sülh yolu ilə heç kim bircə qarış da olsa, torpaq vermək fikrində deyil. Kim ümid edirsə ki, ermənilər danışıqlar, qərar, qətnamə yolu ilə torpaqları qaytaracaq, səhv fikirləşir. Mən elə fikirləşmirəm. Düşməni ancaq güc yolu ilə torpaqlardan çıxarmaq mümkündür. Başqa cür mümkün deyil”.

 

Aqil Abbas bildirib ki, Qarabağı bir yolla düşməndən azad etmək olar. O da müharibə yoludur.

“Neçə illərdir ATƏT-in qərarları, BMT-nin məlum qətnamələri icra olunmur. Əgər onlar bunu etmirlərsə, biz də terrorçuları işğal altında olan torpaqlarımızdan təmizləməliyik. Bundan sonra isə hansısa erməni Azərbaycan vətəndaşlığın qəbul edib, Şuşada, Xankəndində qalıb, yaşaya bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam