“Aprel döyüşlərini təkrar etməliyik” -Deputat
“Mən bir millət vəkili olaraq danışıqlar yolu ilə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması istiqamətində müsbət nəticələrin olacağına inanmıram”.
Xeberinfo.com: Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, bu yaxınlarda separatçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi istiqamətində “referendum” keçirmək niyyətindədir. “Bu bir daha Ermənistanın işğalçı siyasətinin dəyişməz olduğunu göstərir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, münaqişənin sülh yolu ilə tənzimlənməsi məsuliyyətini üzərinə götürən ATƏT MQ-nin həmsədr ölkələri Ermənistanın bu cür destruktiv və beynəlxalq hüququ kobudcasına pozan hərəkətlərinə susmaqda dava edirlər. Onlar bu hərəkətləri ilə bir daha Ermənistanın yanında oluqlarını ortaya qoyurlar.
Belə bir vəziyyətdə Xarici İşlər Nazirləri səviyyəsində ATƏT MQ həmsədrləri ilə aparılacaq danışıqlardan heç nə gözləmirəm”- deyə, F.Ağamalı vurğualyıb.
Millət vəkili əlavə edib ki, əslində Ermənistan imitasiya edərək bu görüşlər vasitəsi ilə özünün işğalçılıq siyasətini gizlətməyə çalışır: “Azərbaycan isə sülh danışıqlarına razılıq vermək və iştirakı ilə bir daha dünya ictimaiyyətinə, güc mərkəzlərinə öz sülhsevər siyasətini nümayiş etdirir. Buna baxmayaraq Ermənistan öz himayədarlarının vasitəsi ilə Azərbaycanın bu mövqeyindən istifadə edərək öz işğalçılıq siyasətini davam etdirir. Ona görə də mən bu görüşlərdən heç nə gözləmirəm. Xalq artıq bu tip görüşlərdən bezib. Artıq Azərbaycnda ATƏT MQ həmsədrlərinə heç bir etimad və inam yoxdur”.
F.Ağamalı bildirib ki, ona görə də biz ölkə başçısının xəttini dəstəkləməkdə davam etdirməliyik. “Bu gün güclü ordunun yaradılamsı ölkə başçısının siyasətinin prioritetlərindən biridir. Bir daha dəfələrlə dediyim fikri təkrar edərək bildirirəm ki, prezidentin münaqişənin həlli ilə bağlı iradəsi ortalıqda, xalqla prezidetin, xalqla ordunun birliyi ortalıqda… Azərbaycan vətənpərvər ordusu var. Torpaqları azad edəcək gücümüz var. Biz yenə də aprel döyüşlərini təkrar etməliyik. Lakin bu dəfə Ermənistana elə bir ağır zərbələr vurmalıyıq ki, onlar nəinki yaşamaq haqqında düşünsün, eyni zamanda erməni dövlətçiliyinə ciddi problemlər yaradılsın və bu dövlətçiliyin son günlərini yaşamış olsun. İnanıram ki, bu günlər uzaqda deyil. Mən buna görə də danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad oluması istiqamətində müsbət addımların olacağına ümid eləmirəm”- deyə, millət vəkili bildirib.