Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

MÜFLİS OLAN BANKLARI İNZİBATÇILAR TALADI! –Şok dələduzluq

shadow-banking2

 

Banklara təyin olunan inzibatçılar müştərilərin əmlaklarını sataraq pulunu mənimsəyib, saxta imzalarla banklardan pul çıxarıblar

Xeberinfo.com:  Əmanətlərin Sığortalanması Fondu ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmişdir.

Ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq etmişlər.

1486534623Fonddan daxil olan məlumata görə,həmin şəxslər bankın müştərilərini onlara məxsus əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməmiş və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəltmiş, bununla da həmin müştəriləri pis vəziyyətdə qoymuş, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirmiş, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarmış və bununla da banklara külli miqdarda zərər vurmuşlar.

Bununla əlaqədar olaraq, müvafiq materiallar toplanmış və ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam