Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

"SİYASİ BÖHRAN YARANA BİLƏR" -Rumıniyada 100 minlərin aksiyası dünyanın diqqətində

Rumıniyada 3 gündür davam edən aksiyalar Qərb mətbuatının diqqətini bu ölkəyə çəkib.

Xeberinfo.com:   «The New York Times» qəzeti yazır ki, Rumıniya Sovet İttifaqının süqutundan –1989-cu ildən bəri ən kütləvi aksiyalarla üzləşib.

Etirazlara səbəb korrupsiya əleyhinə qanunların zəifləməsidir. Baş nazir Sorin Grindeanu-nin imzaladığı sənədə görə, ölkə rəsmilərinin cəzalandırılması şərtləri yüngülləşdirilir. Dövlət rəsmisi onun hərəkətinin hökumətə vurduğu ziyan yalnız 47 min dolları keçdiyi halda həbs oluna bilər. Hökumətin həftələrdir davam edən müzakirələrə baxmayaraq, qanunu qəbul etməsi xalqın qəzəbinə səbəb olub.

250 MİNDƏN ÇOX ETİRAZÇI

«The New York Times» aksiyalara qatılanların sayının 250 mini keçdiyini yazır. Paytaxt Budapeştdə mərkəzi meydana – dövlət idarələrinin qarşısına 80 minə yaxın adam toplanıb. Aksiyaçılar küçələrə «Oğrular! Oğrular!» deyə qışqıraraq çıxıblar. Həftəsonu aksiyaların daha da genişlənəcəyi gözlənir.

Mətbuat ölkədə siyasi böhrandan xəbər verir. Rumıniyanın məhkəmələrə nəzarət orqanı – Ali Hakimlərin Şurası, eləcə də Ali Məhkəmə Şurası qərara etirazını bildirib.

Prezident Klaus Iohannis isə Konstitusiya Məhkəməsinə müraciət edərək, qanunun qüvvədən salınmasını istəyib. Prezident özü də aksiyalara qatılıb.

Dünən – fevralın 2-də yaydığı bəyanatda isə o, etirazların belə geniş vüsət almasından təsirləndiyini bildirib. Prezident dövlət rəsmiləriylə bağlı sərəncamın verildiyi günü «qanunun aliliyindən ötrü matəm günü» adlandırıb. Rumıniya qanunları prezidentə ciddi səlahiyyətlər vermir, onun vəzifəsi formal xarakterlidir.

Müxalifətçilər Rumıniyada hakimiyyətdə olan Sosial Demokrat Partiyasını ən korrupsioner orqan adlandırır, yeni qanunla partiyanın özünü qorumağa çalışdığını deyirlər.

25 MİN DOLLARLIQ ZİYAN

Məsələ burasındadır ki, sosial demokratların üzvləri bu qanundan doğrudan da yararlana bilərlər. Onların bəziləri, o cümlədən partiyanın lideri Liviu Dragnea hazırda hakimiyyətdən sui-istifadədə günahlandırılır. İttihamçılar L.Dragnea-nın hökumətə təxminən 25 min 800 dollar ziyan vurduğunu deyirlər.

Ölkənin korrupsiyayla mübarizə mərkəzi hazırda hakimiyyətdən sui-istifadədə günahlandırılan 2 min nəfərin məsələsinə baxır, bəziləri məhz bu orqanın fəaliyyəti nəticəsində həbsə atılıblar. Mərkəz yeni sərəncamın onların işini sual altında qoyduğunu bildirib.

Aksiya iştirakçılarından biri – 30 yaşlı Alexandrin Pop «The New York Times»a müsahibəsində hökumətin qərarının məhkəməni, qanunun aliliyinin təhqir etdiyini, aksiyalara bu səbəbdən qatıldığını deyib.

SİYASİ BÖHRAN YARANA BİLƏR

Rumıniya Avropa Birliyinə (AB) 2007-ci ildə qoşulub. Ölkənin son illər korrupsiya ilə, zəif olsa da, davamlı mübarizə apardığı görünürdü. Amma yeni qanunun ölkəyə, eləcə də onun üzv olduğu quruma – Yunanıstanın borc böhranı, tərkibindəkilərin inkişafının zəifliyi, Britaniyanın üzvlükdən imtinası üzündən onsuz da əziyyət çəkən AB-yə problem yaradacağı aydındır.

Aksiyaların kütləviliyinə baxmayaraq, Rumıniya hökuməti sərəncamı, deyəsən, ləğv etmək istəmir. Analitiklər hökumətin ölkənin inkişaf kursunu dəyişəcəyindən, hökumətlə, prezident və xalq arasındakı qarşıdurmanın uzun sürəcək siyasi böhranla sonuclanacağından ehtiyatlanırlar.

Sosial demokratlar Rumıniyada hakimiyyət başına ötən ilin noyabrında keçirilən seçkilərdən sonra gəliblər. Onlar səslərin çoxunu toplayıb, amma səsverməyə seçicilərin cəmi 40%-nin qatıldığı bəllidir. Bu partiya hakimiyyətdən bir il öncə, etiraz aksiyalarının nəticəsində getmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam