Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycan və Özbəkistan ədəbi körpüsü layihəsinə start verildi

Azərbaycan və Özbəkistan ədəbi körpüsü layihəsinə start verildi

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi tərəfindən “Azərbaycan və Özbəkistan Ədəbi Körpüsü” adlı layihə icra olunur.

Layihə 2025-ci il avqustun 1-dən başlayaraq oktyabrın 31-dək, yəni 3 ay müddətində həyata keçiriləcək. Layihənin rəhbəri və təşkilatın sədri Şahməmməd Soltanovdur.

Layihənin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında qədim dostluq və qardaşlıq münasibətlərinin mədəni və ədəbi sahədə daha da gücləndirilməsi, iki xalq arasında ədəbi körpünün möhkəmləndirilməsi, həmçinin hər iki ölkənin şair və yazıçılarının yaradıcılığının qarşılıqlı şəkildə tanıdılmasıdır.

Layihə çərçivəsində Azərbaycan və Özbəkistan şairlərinin şeirlərindən ibarət ədəbi toplu hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək. Bu toplu hər iki xalqın zəngin poeziya ənənələrini, ortaq ruhunu və ədəbi dəyərlərini bir araya gətirəcək.

Təşkilatın sədri, layihə rəhbəri Şahməmməd Soltanov bildirib ki, “Azərbaycan və Özbəkistan xalqları arasında ədəbi körpünün qurulması həm mədəni əməkdaşlığın, həm də dostluq münasibətlərinin inkişafına xidmət edir. Bu layihə vasitəsilə gənc nəslin ədəbiyyata marağı artacaq, oxucular iki xalqın ədəbi ruhuna daha yaxından bələd olacaqlar. Həmçinin, bu təşəbbüs gələcəkdə daha geniş mədəni layihələrin əsasını qoyacaq.”

Layihə, Azərbaycan–Özbəkistan əlaqələrinin möhkəmlənməsi, ədəbi irsin qorunması və iki xalq arasında qarşılıqlı anlaşmanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ədəbi körpü yalnız sözlə deyil, dostluq, mədəniyyət və ortaq tarixlə də birləşdirici bir simvol kimi çıxış edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam