Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Avstraliyada COVID-19-un müalicəsi tapılıb? - Mütəxəssis rəyi


Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev COVID-19 virusunun Avstraliyada müalicəsinin tapılması barədə mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
Yenixeber.org: N.Abdullayev açıqlamasında bildirib ki, Avstraliyanın elmi tədqiqatçıları laboratoriya şəraitində (in vitro) araşdırma apararaq İvermectin adlı dərmanın virusa qarşı təsirini öyrəniblər: “Bu dərman preparatı daha öncədən tibb elminə məlum idi və parazitlərə qarşı (məsələn: bit və qotur xəstəliyi zamanı) hazırda da müalicədə tətbiq edilir. Bundan əlavə, hətta laboratoriya şəraitində (in vitro) daha öncədən HİV və İnfluenzaya da qarşı təsirli olub. Avstraliyada aparılan tədqiqatda labaratoriya şəraitində öyrənilib ki, bu dərman hüceyrə kulturasında COVID-19 RNA-ı 24 saat sonra 93% azaldır və ümumilikdə isə virus yükünü 5000 dəfə kiçildir. Preklinik testlər olunub və insanlar üzərində tədqiqat aparılmağı isə nəzərdə tutulur. İnsanlar üzərində tətqiqat aparılmadan isə bunun tam təsiri haqqında heç bir dəqiq bir şey demək düzgün deyil. Unutmamalıyıq ki, hər laboratoriya şəraitində (in vitro) aparılan tətqiqat da canlı üzərində (in vitro) öz təsdiqini tapmır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam