Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Bu ölkə koronavirusla mübarizədən imtina etdi —NONSES

 

 

 İsveç hökuməti ölkədə koronavirusa yoluxmuş şəxslərin sayının artmağına baxmayaraq, sərt karantin rejimi tətbiq etmək fikrində deyil. Ölkənin baş epidemioloqu Anders Teqnell qərara gəlib ki, isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır.


Yenixeber.org: "Aftonbladet" nəşrinin verdiyi məlumata əsasən, İsveçdə COVID-19-a 2800-dən çox adam yoluxub, 70-dən çox insan isə ölüb.


Bununla yanaşı, restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət yoxdur. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.


Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilərlər, ölkəyə gəldikdən sonra karantinə yalnız koronavirusa yoluxduğu təsdiqlənən şəxslər göndərilir.


Teqnellin fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. 


O hesab edir ki, insanlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.


Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.


Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam