Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

65 yaşdan yuxarı insanların evdən çıxmasına qoyulan qadağa ilə bağlı - YENİ AÇIQLAMA


Bakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.
Yenixeber.org: Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev  açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq: "Bu istiqamətdə polis naryadlarına müvafiq tapşırıq və göstərişlər verilib. Tövsiyələrə uyğun olaraq həmin vətəndaşların toplaşdıqları yerdən uzaqlaşdırılması təmin olunur. Yalnız bir halda, qadağalara əməl olunmadıqda qanunvericiliyə uyğun sərt tədbir görüləcək".  
E.Hacıyev həmçinin qeyd edib ki, daxil olan məlumata görə, bayır xidmətinə cəlb olunan polis əməkdaşları elektron informasiya cihazları ilə təmin olunub ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyən edilməsində istifadə olunacaq: “Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam