Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yaponiyada koronavirusa yoluxanların sayı artdı

 

 

Yaponiyada koronavirusa yoluxanların sayı 1 189 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, onların əksəriyyəti - 696 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.

Son gün ərzində ölkədə koronavirusa 33 nəfər yoluxub, bir nəfər dünyasını dəyişib.

Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər dünyasını dəyişib.

Yoluxanların ən çoxu Hokkaydo (104 nəfər) və Ayti prefekturasındadır (80 nəfər). Paytaxt Tokioda 64, Osaka prefekturasında isə 55 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam