Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Faiq Ağayev Brilliant Dadaşovanın əsl yaşını AÇIQLADI

Faiq Ağayev Brilliant Dadaşovanın əsl yaşını AÇIQLADI - ÇAŞBAŞ QALACAQSINIZ

“Brilliant Dadaşova məndən 13 yaş böyükdür. Yaş fərqi olduğu üçün həmişə aramızda müəyyən pərdə olub”.

 

Yenixeber.org: bu sözləri Xalq artisti Faiq Ağayev MTV-də Samir Bayramlının “Söhbətimiz” verilişində qonaq olarkən deyib. Xalq artisti illərdir danışmadığı həmkarı Brilliant Dadaşova ilə aralarındakı gərginliyin səbəblərini açıqlayıb:

“Bir dəfə mahnıları üçün bek-vokal olaraq çağırmışdı, mənim üçün problem yox idi deyə getdim oxudum. Aramızda olan söz-söhbət toy bazarı ilə bağlı idi. Sənətə gəldiyim ilk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, ən “xodgedən” müğənnilərdən bir qədər yüksək məbləğ tələb etdim. İlk münaqişəmiz toyda baş verdi. Bu məsələni mətbuata yayan nə mən, nə də toy sahibi oldu.

Bir neçə gün sonra iki qəzetdə hadisə haqqında qərəzli yazılar çıxdı. İki-üç gün səbir etdim, gördüm ki, söhbət səngimir, həqiqəti söylədim. Sənətdə ona qələbələr arzu edirəm, o, mənim yerimi heç vaxt dar etmir. Ümidvaram ki, mən də onun yerini dar etmərəm”.

Brilliant Dadaşovanın ondan 13 yaş böyük olduğunu deyən 47 yaşlı Faiq Ağayev bu sözləri ilə ifaçının əsl yaşını açıqlayıb. Məsələ ondadır ki, Vikipediada Dadaşovanın təvəllüdü 1965-ci il göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam