Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Belarusun Azərbaycana satdığı hərbi texnika haqda faktlar açıqlandı-153 tank, 60 zirehli maşın və 11 qırıcı

 

Müstəqillik illəri ərzində Belarus və Azərbaycan yarım milyard dollarlıq silah alqı-satqısı həyata keçiriblər. Budur, indi də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti rəsmi səfərlə Minskdədir.

Yenixeber.org: Bunu iki ölkənin hərbi-texniki əməkdaşlığı haqda xüsusi icmal hazırlayan və bəzi faktları açıqlayan “Sputnik” yazıb.

Bildirilir ki, son onilliklər ərzində Azərbaycan Belarusun etibarlı tərəfdaşı və hərbi texnikasının (düzdür, bir qayda olaraq, istifadədə olmuş) əsas istehlakçısı olub. Belarusun od saçan "Polonez"raket sisteminin çatdırılması isə bu məsələdə ciddi sıçrayışa səbəb oldu: “Qeyd etməyə dəyər ki, Azərbaycan hərbçiləri Belarus kompleksinin artıq mükəmməlləşdirilmiş versiyasını, hansı ki, keçən ilin payızında Qomel vilayətindəki poliqonda sınaqdan keçirilmişdi, aldılar”.

Bundan başqa, açıq məlumatlara əsasən, təkcə 2002-dən 2012-ci ilə qədər olan dövrdə Minsk Azərbaycan hərbçilərinə 153 ədəd T-72 tankı, 120 ədəd 122 millimetr kalibrli D-30 yedəklənən artilleriya sistemi, 12 ədəd 203 millimetr kalibrə malik özüyeriyən "Pion" 2S7 artilleriya qurğusu, 60 ədəd təkərli zirehli maşın (BTR-70) və 11 ədəd Su-25 qırıcısı satıb.

Nəşr yazır ki, Bakı silahın çatdırılması işində ona görə prioritet tərəfdaş oldu ki, həmin dövrdə ödəmə qabiliyyəti ilə hamıdan sərfəli müştəri idi. Belə ki, Afrika ölkələri ilə münasibətlər elə də hamar deyildi və hətta "zəngin" Sudan təyyarələrə və öz mütəxəssislərinin hazırlığına görə borcunu həvəslə ödəmirdi.

Bu əsnada iki ölkənin hərbi münasibətləri sadəcə sovet texnikasının alınması ilə də məhdudlaşmayıb. Belarusun Müdafiə Kompleksinin (BMK) müəssisələri Azərbaycan silahlanmasında olan və hələ Sovet vaxtında hazırlanmış ZRK S-125M, "Peçora" və 9K33M3 "Osa-AKM" silahlarını fəal şəkildə müasirləşdiriblər. BMK həmçinin "Buk-MB" ZRK-sını xüsusi olaraq Azərbaycan Ordusu üçün müasirləşdirib.

Nəşr sonda vurğulayır ki, Belarus tərəfi bu sahədə on il məhsuldar əməkdaşlıq nəticəsində, bəzi məlumatlara görə, toplam olaraq 500 milyon dollardan çox vəsait qazanıb. Amma sonradan nəzərəçarpan enmə başlayıb...

(Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam