Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

KTMT - “Şimal ayısı”nın NATO-su:Azərbaycan hara sürüklənir?

 

 ELDAR SABİROĞLU

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi

 

Yenixeber.org: Yenə KTMT! Ancaq bu dəfəki   təqdimatın qəribəliyi cəmiyyətin böyük bir bölümünün səbrini daşırdı. Ölkə daxilində baş qaldıran ictimai rezonans və həyacanlı müzakirələr göstərdi ki, bu hərbi-siyasi bloka Azərbaycanın qoşulması mümkün deyil. İşğalçı Ermənistanla eyni hərbi blokda təmsil olunmaq umumiyyətlə,  yolverilməzdir.  Azərbaycan xalqının mövqeyi  Rusiyaya bəlli olsa da, “şimal ayısı” tutduğunu buraxmaq istəmir.  Maraqlıdır ki, Rusiyaya məxsus planın gerçəkləşməsinə xidmət edən cağırışların səsi bu dəfə Azərbaycanın öz içindən eşidilməyə başladı. Təhlükəlisi, bax, burasıdır. Məsuliyyət yükü ağır olan bu cür bəyanatın birdən-birə ortaya atılmasının ciddi səbəbləri olmamış deyil. Göründüyü kimi, bu gün KTMT- nin möhkəmlənməsi,  böyüməsi və onun güc mərkəzinə çevrilməsi Rusiya üçün əhəmiyyətli dərəcədə strateji anlam daşıyır. Ona görə də Azərbaycanın KTMT-də təmsilçiliyi Rusiyaya hava-su kimi lazımdır.

   SSRİ-nin süqutundan sonra vaxtı itirmək Kremlə qətiyyən sərf etmirdi. Baltikyanı ölkələrin  əldən çıxması Rusiyanı digər müstəqil dövlətlər üzərində nəzarəti gücləndirməyə sövq edirdi.

 İmperialist siyasəti heç cür zəiflətmək olmazdı. Odur ki, yeni birlikləri hərəkətə gətirməklə müstəqil dövlətləri özünə yaxınlaşdırmaq yox, daha çox özünə bağlamaq siyasəti  yürüdülməyə  başlanıldı. KTMT-nin, eləcə də Avrasiya ittifaqının yaradılması ideyası da məhz  uzağı hədəfləyən bu strateji siyasətin real nəticəsi kimi anlaşılmalıdır.  Digər yandan Gürcüstan hadisələrinin tarixi dərsləri, təkrar olunma təhlükəsi Moskvanın Cənubi Qafqaz siyasətində  prioritetliyini xeyli artırdı. 

    Müttəfiqlərinin Qərbə meyillənə biləcək şübhəsi Rusiyanı həmişə qorxu içərisində saxlayıb. Yuxuya haram qatmaqdansa, "dostlar" arasında etibar qazanmağa çalışıımalı idi. Əvəzində daxili siyasi təkəbbür, böyük qardaşlıq istəyi Rusiyanı müalicəsi çətin olan "xəstəliyə"  yuvarlatdı. Belə vəziyyətdə tərəfdaşlardan hansısa  biri ilə ən xırda məsələləri  bölüşmək ehtiyacı özünə yer aldı. Rusiya Qazaxıstan üzərində dayandı.

     Şəxsi müşahidələrimə görə, Rusiyanın regional siyasi-iqtisadi maraqlarının və niyyətlərinin qorunmasında Qazaxıstanın dəstəyi ilk təşəbbüsçülər sırasında dayanır. Təbii ki, digər müstəqil dövlətlərin strateji əməkdaşlıq planlarına verdikləri töhvələri də istisna edə bilmərik. Ancaq proseslərə dərindən baxdıqda KTMT və Avrasiya qurumlarının təşkili işindən tutmuş digər zəruri məsələlərin müzakirəsinədək hər iki ölkənin- Rusiyanın və Qazaxıstanın başlanğıc nöqtədən birgə fəaliyyəti, bərabər addımlaması daha qabarıq nəzərə çarpmışdır. Region dövlətlərinin bir sıra önəmli toplantılarının Qazaxıstan paytaxtında keçilməsinə pərdəarxası dayaq verən ölkələr sırasında Rusiyanın dayandığını hiss etmək üçün böyük fərasət tələb olunmur. Bu məsələlərdə təsaduflər rol oynamır.

Başqa bir fakt. Səhv etmirəmsə, 2012-ci ilin payızında Ermənistan silahlı qüvvərinin atəşkəs rejimini pozması nəticəsində bütün cəbhəboyu təmas xəttində gərgin vəziyyət yaranmısdı. Ordumuzun cavabı  sərt oldu. Düşmən ağır itkilər verərək geri çəkildi. KTMT-nin indiki Baş katibi general Xaçaturov həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi idi. Azərbaycanın əleyhinə ilk açıqlama da Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının o zamankı Baş katibi tərəfindən gəldi. Açıqlamada kəskin notlar az deyildi. Baş katib Bordjua Azərbaycana xatırladırdı ki,  üzv ölkələrdən birinə müdaxilə edildiyi halda təşkilatın onu mufafiə etmək öhdəliyi vardır. Bu, açıqdan-açığa hədə idi. Lakin üzv ölkələrdən biri demədi ki, günah Azərbaycanda deyil, atəşkəsi pozan Ermənistandı. Bu yaxınlarda Mingəçevir su elektrik anbarını partlatmaq bəyanatı ilə çıxış edən sərsəm generalın KTMT-yə heç dəxli yox imiş?!  Təşkilatın səsini eşitmədik. Susdular.Yoxsa uzv dövlətlər başqa ölkələri təhdid etməkdə azad hesab olunurlar?

Azərbaycanı hara sürükləyirik? MDB-ki birliyin Dağlıq Qarabağ problemin həllinə "bəxş etdiyi töhfələr" göz qabağındadır. KTMT-nın hansısa dəyişiklik edəcəyinə yalnız sadəlövhləri inandırmaq mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam