Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

ABŞ-ın YENİ NÜVƏ STRATEGİYASI –Tramp Obamanın axırına necə çıxdı? – TƏHLİL

Andrey Baklitski

RBC

17 yanvar 2018-ci il 

 

Ötən il iyulun sonunda Amerika administrasiyasının güc blokunun iclasında ABŞ prezidenti iştirakçılara bildirib ki, ölkənin nüvə arsenalını təxminən on dəfə artırmaq istəyir. “NBC” telekanalına iclasın anonim iştirakçılarının məlumat verdiyi bu bəyanat 1960-cı illərin sonundan Amerikanın nüvə gücünün azaldığını əks etdirən qrafikə reaksiya olub.

Yenixeber.org: İştirakçılar təəccüblənsələr də, Donald Trampa (Donald Trump) bu cür silahlanmanın artırılmasının hüququ və maddi çətinliklərini başa sala və əksinə, son on il ərzində ABŞ-ın imkanlarının və ölkənin təhlükəsizliyinin artdığını izah edə biliblər.

Bu, yeni administrasiya ilə ABŞ-ın nüvə siyasətinin çətinliklərinin çox yaxşı təsviridir. Sələfləri kimi Donald Tramp da Pentaqona ölkənin gələcək nüvə gücünə mövqeyini, onların miqyas və strukturunu təsvir edən sənədi – Nüvə Siyasəti İcmalını  (Nuclear Posture Review) hazırlamağı tapşırıb. Yeni strategiya peşəkar hərbi-siyasi cəmiyyət tərəfindən hazırlanıb. Onlar bu zaman ənənəvi respublikaçı mövqeyə, həmçinin prezidentin dünyanın ən yaxşı nüvə gücünə malik olmaq istəyinə əsaslanıblar. Yanvarın 12-i sənəd “sızma” qurbanı olub və “Huffington Post” nəşrinin əlinə düşüb. Layihənin qeyri-rəsmi statusuna baxmayaraq, məlumatlı ekspertlər sənədin prezident tərəfindən qəbul edildiyini və ABŞ-ın müttəfiqləri arasında yayıldığını təsdiqləyiblər. İstənilən halda strategiyanın mətni yaxın vaxtlarda çətin ki, dəyişsin.

Yeni strategiya

2018-ci il nüvə siyasəti icmalını “Trampın nüvə strategiyası” adlandırmaq çətindir. 60 səhifəlik sənəd Pentaqon və ABŞ Energetika Nazirliyində hazırlanıb. Prezidentin sənədlə nə dərəcədə tanış olması sual olaraq qalır. Ancaq icmal, şübhəsiz, “Tramp dövrünün nüvə strategiyası”dır. Vaşinqtonun fikrincə, tarixin bu dövrü Amerika əleyhdarlarının qarşısını almaq üçün maksimum sərt gücün tətbiq edilməsini tələb edir.

Prezident Obamanın nüvə strategiyası nüvə silahı rolunun azalmağa davam edəcəyinə, yüksək dəqiq silahların nüvə silahının əksər funksiyalarını öz üzərinə götürə biləcəyinə əsaslanırdı. Əlbəttə, baxmayaraq ki, sonuncu köhnəldikcə onu modernlərşdirmək lazım gələcək, aparıcı dövlətlərin nüvə arsenalını azaltması yeni oyunçuların şəxsi hərbi proqramlarına marağını azaldacaq, əsas təhlükə isə nüvə terrorizmi olacaq.

Yeni sənəd nüvə silahını ABŞ-ın təhlükəsizliyinin təmin edilməsində mühüm alət kimi nəzərdən keçirir, Nüvə Silahının Yayılmaması Haqqında Müqavilə çərçivəsində nüvə arsenalının azaldılmasını nəzərdə tutmur, nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilənin ratifikasiyasını birbaşa rədd edir və onların bərpa olunması imkanlarını açıq saxlayır.

ABŞ prezidentinin sabiq xüsusi köməkçisi Con Volfstalın (John Woolfstal) sözlərinə görə, strategiyanın ilkin versiyaları daha konfrontasion olub; xüsusilə nüvə başlığının hipersonik daşıyıcısının hazırlanması nəzərdə tutulub, Vaşinqton isə qeyri-nüvə ölkələrinə qarşı nüvə silahını tətbiq etməyəcəyinə dair təminat verməkdən imtina edib. Ancaq “mülayim” versiya da ABŞ-ın nüvə sahəsindəki əvvəlki siyasətindən xeyli fərqlənir.

İstifadəyə hazır

Strategiyanın əsas bəndi nüvə qüvvələrinin istifadə ssenarilərinin genişlənməsi olub. Nüvə silahına cavab verməklə yanaşı, Vaşinqton nüvə silahından strateji xarakter daşıyan əhəmiyyətli qeyri-nüvə hücumu zamanı da istifadə etməyə hazır olacaq. Bu hücumlara “ABŞ-ın mülki əhalisinə və ya infrastrukturuna, ölkənin müttəfiq və ya tərəfdaşlarına, Birləşmiş Ştatların və ya müttəfiqlərinin nüvə arsenalına, həmçinin onların idarəetmə və ya xəbərdarlıq sistemlərinə hücum” daxildir. İfadələrdəki anlaşılmazlıq nəticədə Vaşinqtonun rəqiblərinə “qırmızı xəttin” haradan keçdiyini başa düşməyə mane olacaq. Nüvə sahəsində ekspert kimi fəaliyyət göstərən Kinqston Rif (Kingstone Rif) ironik şəkildə sual verir ki, “Rusiya müdaxiləsi bu cür hücumların təyinatı altına düşəcəkmi?”

Amerika triadasına (qitələrarası ballistik raketlər, strateji bombardmançı və raket daşıyıcı nüvə sualtı qayıqları) daha çox çeviklik vermək üçün kiçik gücə malik yeni tipli iki silah hazırlamaq nəzərdə tutulur: “Trident” sualtı qayığında ballistik raketlər üçün yüngül nüvə başlığı və nüvə ilə təchiz edilmiş dəniz bazalı yeni qanadlı raket. Strategiya müəlliflərinin fikrincə, belə bir silah ABŞ-ı rəqibin nüvə arsenalının məhdud tətbiqinə müvafiq şəkildə cavab verməyə, beləliklə digər ölkələri nüvə silahını istifadə etmə stimulundan məhrum etməyə imkan verəcək. Rusiya və bir çox Amerika ekspertləri artıq bildiriblər ki, yeni sistemlər nüvə müharibəsi riskini artıracaq.

Sənəd Şimali Koreya (KXDR rejiminin nüvə silahının istənilən cür istifadəsinə cavab olaraq məhv vəd edilib) və Çinin (Vaşinqton Çini nüvə silahını tətbiq etməkdən çəkindirir, həmçinin qeyd edir ki, “qeyri-nüvə təcavüzünə” qətiyyətlə cavab verməyə hazırdır”) qarşısının alınmasını nəzərdə tutur. Ancaq mətndə əsas diqqət ABŞ-ın nüvə “sparrinq tərəfdaşı” – Rusiyaya ayrılır.

Nüvə praqmatizmi

Beynəlxalq sazişlərin pozulması ilə bağlı ənənəvi iddialarla yanaşı ABŞ ilk dəfə Moskvanı rəsmi şəkildə “deeskalaisya məqsədilə eskalasiya” strategiyasının mövcudluğunda ittiham edib. Bu, Rusiyaya sərf etməyən hərbi münaqişənin dayandırılması üçün birinci tərəf olaraq nüvə silahından məhdud istifadə planlarıdır. Bu nəzəriyyəni əsaslandıran ciddi faktlar olmamasına, belə ssenarilərin fantastikliyinə və Rusiyanın hərbi doktrinasında nüvə silahının rolunun tədricən azalmasına baxmayaraq, icmal Rusiya tərəfindən ilkin məhdud nüvə zərbəsi təhlükəsini Amerikanın nüvə qüvvələrinin inkişafı üçün vacib səbəb kimi göstərir. Kosmos da daxil olmaqla, Rusiyanın nüvə və qeyri-nüvə hücumlarının qarşısını almaq ABŞ nüvə qüvvələri, Avropada yerləşdirilən NATO nüvə qüvvələri, Britaniya və Fransa nüvə qüvvələrinin kombinasiyası vasitəsilə nəzərdə tutulur.

Konsprioloji baxımdan ABŞ-ın yeni nüvə siyasəti icmalı Moskvanın Vaşinqtonla bağlı bütün şübhələrinin ideal təsdiqi kimi görünür. Rusiya DİN və müdafiə nazirliyinin illərlə şikayət etdiyi hər şey buradadır: maksimum qeyri-müəyyən bəhanə ilə ABŞ-ın birinci olaraq nüvə zərbəsi endirməyə hazır olması, “istifadəyə daha yararlı” nüvə silahının yaradılması, Böyük Britaniya və Fransanın Amerikanın nüvə planlarına daxil edilməsi, “birgə nüvə missiyaları” çərçivəsində NATO-nun qeyri-nüvə üzvləri ilə sıx əməkdaşlıq, raketəleyhinə müdafiə tərəfdən strateji nüvə qüvvələrinə təhlükə – bütün bunlar nəinki təsdiqlənib, həmçinin yeni planla möhkəmlənib. Barak Obamanın liberalizmi nüvə sahəsində maksimal praqmatizm ilə əvəzlənib.

Rusiya üçün imkanlar

Digər tərəfdən, yeni icmalda müsbət məqamlar da tapmaq olar. O, mövcud beynəlxalq müqavilələri pozmağı təklif etmir. Konqresin təzyiqlərinə baxmayaraq, mətndə qanadlı yerüstü yerləşdirmə raketlərinin hazırlanması üzrə planın olmaması Orta və kiçik mənzilli raketlərin ləğvinə dair müqavilənin qüvvədə qalacağına ümid verir. ABŞ yeni strateji hücum silanlanmasını 2021-ci ildən sonra uzadılmasına yol verir və silahlanmaya nəzarət sahəsində Rusiya ilə yeni sazişlərin bağlanmasını istisna etmir.

Barak Obama administrasiyası ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsində nüvə silahının rolunu kəskin azaldan ötən nüvə siyasəti icmalını buraxanda rus hərbçiləri və ekspertləri şəxsi söhbətlər zamanı Vaşinqtonun adi silah sahəsində çox irəli getdiyini və qeyri-nüvə vasitələri ilə üstünlüyünü təmin edə biləcəyini söyləyirdilər. O vaxtdan çox şey dəyişib. Moskva adi və yüksək dəqiqliyə malik silahların inkişafına ümid edir. “Strateji qeyri-nüvə saxlanması” anlayışı doktrinal sənədlərə möhkəm daxil olub. Bu yanaşmanın effektivliyi Suriyada Rusiyanın hava-raket qüvvələri tərəfindən nümayiş etdirilib.

Rusiyanın strateji nüvə qüvvələri cavab zərbəsi endirə, ABŞ-ın qarşısını ala bilər. Vaşinqtonun dəniz bazalı yeni qanadlı raketlər yaratmağı planlaşdırdığı yerlərdə isə Moskva artıq özünü doğrultmuş “Kalibr”lərə malikdir. Əgər ABŞ mövcud nüvə qüvvələrinin yeni çoxtrilyonluq (icmal maliyyələşdirmə ilə bağlı problemin olduğunu vurğulayır) modernləşdirmə dövrünə başlayırsa və (daha böyük maliyyə qeyri-müəyyənliyi ilə) yeni sistemlərin hazırlanmasını planlaşdırısa, onda Rusiya yeni onilliyin başlanğıcını 90% yenilənmiş nüvə triadası ilə qarşılayacaq.

Prezident Trampın Pentaqonun hazırladığı plana nə qədər sadiq qalacağını söyləmək çətindir, amma ümumilikdə Moskva kifayət qədər rahat vəziyyətdədir, onun nüvə silahlanması üzrə yarışa atılmaq və mövcud olmayan problemlərə cavab tapmaq kimi bir məcburiyyəti yoxdur. Bunun əvəzində yaranmış şəraitdən istifadə edərək bərabər hüquqlu tərəf kimi nüvə sahəsində geridə qaldığına görə narahat olan Birləşmiş Ştatlarla konkret, qarşılıqlı maraq doğuran, o cümlədən nüvə silahlanması üzrə nəzarət və eskalasiya imkanlarının azaldılması ilə bağlı məsələləri müzakirə etmək olar.

“Xpressa”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam