Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Məşhur iş adamının intiharı ilə bağlı yeni faktlar

Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi qeydə alınıb. Mətbuatda yayılan məlumatlara görə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə atəş açaraq intihar edib. S.Hacıyev hadisə yerində keçinib.

 

Xeberinfo.com:   Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.

Mərhumun ailə üzvləri azvision.az-a bildiriblər ki, Söhbət Hacıyevin intihar etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. O, silahla ehtiyatsız davrandığından hadisə baş verib: 

“Söhbət müəllim ovla məşğul olurdu. Boş vaxtlarında dostları ilə birlikdə ov etmək üçün doğma rayonu olan Qusara gedirdi. Ötən şənbə günü də dostlarına zəng edərək ova gələcəyini deyib. Həmin gün o, evdə ov üçün hazırlıq görürmüş. Tüfəngini təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman ailə üzvləri evdə olublar. O, xəstəxanaya aparılsa da. həyatını xilas etmək mümkün olmayıb”.

Qohumlarının bildirdiyinə görə, Söhbət Hacıyevin intihar etməsi üçün ciddi problemi olmayıb.

“Söhrab müəllim intihar etməyib. Onun normal ailəsi, işi var idi. Heç kimə də borcu olmayıb. Problemi olmayan insan niyə intihar etsin ki? Hadisə ehtiyatsızlıqdan baş verib. Onun 3 övladı var. Balaca oğlu 12 yaşındadır. Qızı ailəlidir, nəvəsi var. O, tikinti şirkətinin rəhbəri olsa da, çox sadə insan idi. Şirkəti öz zəhməti, alın təri ilə qurmuşdu. Heç bir vəzifəli adamla qohumluğu yoxdur. Sadəcə ovu sevirdi. Ona görə də başına belə hadisə gəldi”,-deyə iş adamının qohumları bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam