Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

KİVDF-nin tərkibi dəyişdirilir

 

 

KİVDF-nin tərkibi dəyişdirilir

Kütləvi İnfromasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KVDF) Müşahidə Şurasının tərkibi dəyişə bilər. 

Yenbixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, yaxın günlərdə qurumda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Artıq bu barədə müzakirələr aparılıb və KİVDF-nin tərkibində dəyişikliklər edilməsi məqsəduyğun sayılıb.

Məlumatda deyilir ki, hakimiyyətin media siyasəytinə cavabdeh olanlar KİVDF-nin hazırkı tərkibinin özünü doğrultmadığı qənaətindədirlər. 

KİVDF yaranandan bu günə qədər mediada bu qurum haqqında vaxtaşırı neqativ materiallar tirajlanıb. Qurumun keçirdiyi müsabiqələrində, qəzetlərə maliyyə ayrılmasında, jurnalistlərə ev verilməsində şəffaflığın gözlənilmədiyi xüsusilə vurğulanıb. 

Jurnalistlər üçün tikilən ikinci binada mənzil bölgüsündən sonra isə bu qurumdan narazılıq daha da artıb.

Bütün bunlara görə, media siyasətinin tərkib hissəsi olaraq yaxın günlərdə prezident sərəncamı ilə KİVDF-nin Müşahidə Şurasının üzvlərinin dəyişdirilməsi gözlənilir.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam