Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür-Bu gün

 

 

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ötən əsrin əvvəllərindən Bakının mənzərəsinin gözəlləşməsi, şəhərin böyüməsi və inkişaf etməsi, sənaye obyektlərinin, zavodların, fabriklərin istifadəyə verilməsi şəhərə insan axınını sürətləndirib. Bu isə tədricən yerüstü nəqliyyat vasitələrinin imkanları məhdudlaşdırıb. Bu səbəblərdən Bakıda metropolitenin inşası qərara alınıb.

1949-cu ildə Bakı Baştunelmetrotikinti İdarəsi yaradılıb. Bu idarə Bakı metropoliteni tikintisinin baş podratçısı vəzifəsini öz üzərinə götürüb. 1966-cı ildə yaradılan Bakı Metropoliteni İdarəsi tərkibində 6 xidmət - hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri olmaqla, Şərqdə ilk, postsovet məkanında isə beşinci metropoliten olub.

1967-ci il noyabrında metronun tikintisinin 5 stansiyası - «Bakı Soveti» (indiki «İçərişəhər»), «Sahil», «28 Aprel» (indiki «28 May»), «Gənclik» və «Nəriman Nərimanov» stansiyasından ibarət 9,2 km-lik yeraltı xətti istifadəyə verilib. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də «28 May-Xətai» xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, «28 May» stansiyası «Nəriman Nərimanov» və «Xətai» stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

Metro tikintisinin ikinci və üçüncü növbələrində isə işlər öz ahənginə uyğun olaraq davam edib. «28 May» stansiyasından «Nizami» stansiyasına qədər olan 2,26 km-lik sahə ikinci növbəyə, «Nəriman Nərimanov» stansiyasından «Neftçilər»ə qədər olan 6,3 km-lik sahə isə üçüncü növbəyə aid idi.

1976-cı ildə ikinci növbənin «28 May-Nizami» mənzilində işlər davam edib. Uzunluğu 2.26 km olan bu xəttin «Nizami» stansiyası qapılarını sərnişinlərin üzünə dekabrın 31-də açıb. Bu xəttin davamı olan 6,5 km-lik «Nizami-Memar Əcəmi» xəttinin «Elmlər Akademiyası», «İnşaatçılar», «XI qızıl ordu meydanı» (indiki «20 Yanvar») və «Memar Əcəmi» stansiyaları 1985-ci il dekabrın 30-dan bakılıların istifadəsinə verilib.

Sahənin sonuncu «Həzi Aslanov» stansiyası 2002-ci il dekabrın 10-da istifadəyə verilib. Buna qədər isə 1993-cü ildə «28 May» stansiyasının yenidən qurulması işlərinin bir qolu olan «Cəfər Cabbarlı» keçid stansiyası istismara verilib.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün böyük əhəmiyyət daşıdığını, metropolitendə tikinti və sərnişindaşıma kimi əsas sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin vacibliyini nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. 2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.

Dövlət Proqramına görə 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam