Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paytaxtda Baş Plan hazırlanır-Parklanmanın təşkili üzrə

 

     Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir.
Yenixeber.org: Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub. Bildirilib ki, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq olunacaq. Hər bir yenilik təhlil olunacaq və zərurət olacağı təqdirdə müvafiq düzəlişlər ediləcək. Qiymət siyasəti, bazarın tələblərinə cavab verən modelin ortaya qoyulması, hamı üçün əlçatanlığın təmin olması və ən əsası şəffaf idarəetmə Baş planın əsas hədəflərindəndir.

Hədəfə nail olunması üçün innovativ həllərin tətbiqi nəzərdə tutulub. Müasir ödəniş metodları, ağıllı nəqliyyat sistemləri, parkin yerlərinin axtarışı, ağıllı və dəyişən tariflər, təhlükəsizlik və mühafizə baş planda əksini tapan əsas məsələlərdəndir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi yoldan kənar parklanma sahələrinin təşkili və idarə olunması üzrə yüksək təcrübəyə malik beynəlxalq məsləhətçi şirkət "Alpina Parking Consulting” MMC ilə əməkdaşlıq edir. Şirkət parklanma vəziyyətinin qiymətləndirilməsi, mövcud parklanma sahələrinin təhlili, ümumi qiymət siyasətinin müəyyən edilməsi və iqtisadi əsaslandırılması, müvafiq parklanma infrastrukturunun qurulması işlərində məsləhətçi qismində çıxış edir.

"Alpina Parking Consulting” MMC şəhərimiz üçün parklanmanın inkişaf konsepsiyasının və modelinin hazırlanması, beynəlxalq təcrübələrdən istifadə edərək ümumi parklanma siyasətinin formalaşması, mövcud parklanma qarajlarının inkişaf konsepsiyalarının hazırlanması işlərində də Bakı Nəqliyyat Agentliyinə dəstək olacaq.

Məlumat üçün bildiririk ki, "Alpina Parking Consulting" şirkəti 1997-ci ildə yaradılan "Alpina" şirkətlər qrupunun mühüm tərkib hissəsi hesab olunur. Şirkət parklanma sahəsində məsləhət xidmətlərinin göstərilməsi, eləcə də konsepsiya və menecment xidmətlərinin yerinə yetirilməsi üçün təcrübəyə və lisenziyalara malikdir. Şirkət Fransa, Almaniya, Avstriya və Avropanın digər ölkələrinin iri şəhərilərinin müvafiq qurumları ilə əməkdaşlıq edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam