Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Operativ Qərargah: -"Məktəblərin açılması üçün də, açılmaması üçün də müraciət edən valideynlər var"

 

“Təhsil müəssisələri ilə əlaqədar konkret vaxt yoxdur, demək də hazırda çox çətindir”.

Yenixeber.org: Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da azyaşlıların ən çox cəmləşdiyi təhsil müəssisələridir: “Hətta ali təhsil müəssisələrində də çox sayda tələbə toplaşır. Bu ölkə əhalisinin çox böyük hissəsini əhatə edir. Bu məsələlər epidemioloji vəziyyətdən asılı olaraq qiymətləndirilməlidir. Məktəblərin açılması ilə əlaqədar müraciət edən valideynlər var. Amma əksinə, açılmaması üçün də müraciət edənlər var. Koronavirusa qarşı mübarizədə ilk bağlanan müəssisələrdən biri məktəblər. Bu, bütün dünyada belədir. Bu məsələ hər birimiz narahat edir. Uşaqlar üçün çox çətindir. Onların kompyuter oyunlarına aludəliyi artmağa başlayıb. Uşaqlara da psixoloji baxımdan təsir edən məqamlar var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam