Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı və Xırdalanda -3 nəfəri maşın vuraraq öldürüb

Bakı və Xırdalanda 3 nəfəri maşın vuraraq öldürüb

Bakı və Xırdalanda 3 nəfəri maşın vuraraq öldürüb.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 11-də saat 22 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini E.Rəhimov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb.

Bundan başqa avqustun 11-də saat 4 radələrində Xırdalan şəhəri ərazisində şəhər sakini M.Kazımov idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən Hökməli qəsəbə sakini Eldəniz Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.  

Elə həmin gün saat 22 radələrində Xırdalan şəhəri ərazisində yerləşən avtobus qarajında, orada işləyən Şəki şəhər sakini E.Bədəlov idarə etdiyi “Daewoo” markalı avtobusu arxaya verərkən iş yoldaşı, şəhər sakini Təbriz Həsənovu vurub. Xəsarət alan T.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam