Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərişıq" -almanlarla razılaşdı

Azərişıq almanlarla razılaşdı

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın “EKM Global Consulting GMbH" şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb.

Yenixeber.org: Bu barədə səhmdar cəmiyyətdən bildirilib. 

Məlumata görə, alman şirkətinin rəhbəri Elşən Musayev bildirib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır: "Bu baxımdan, “Azərişıq”, elektro energetika sahəsində ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoydu. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimsənilməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin mütəxəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcəkdir.

“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə isə elektroenergetika sahəsinin yüksək ixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd edib. O, həmçinin deyib ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır: "Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün "EKM Global Consulting GMbH" şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam