Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniyada son üç ay ərzində -rekord sayda sutkalıq yoluxma qeydə alınıb

Almaniyada son üç ay ərzində rekord sayda sutkalıq yoluxma müşahidə edilib.

Yenixeber.org: Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, avqustun 5-də Almaniyada 1024 nəfər koronavirusa yoluxub. İndiyə qədər ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 214 min 494 nəfərə, ölənlərin sayı isə 9 min 248 nəfərə çatıb. Yoluxanlardan 196 min 100 nəfər sağalıb, 9 min 146 nəfərin müalicəsi isə davam edir.

Almaniya KİV-lərinin məlumatına görə, yoluxma hallarında qeydə alınan yüksək artım minlərlə almaniyalının yay tətilindən qayıtması və bir neçə federal əyalətdə dərs ilinin başlaması ilə əlaqədar ola bilər.

Ölkənin Səhiyyə naziri Yens Şpan Berlində təcili mətbuat konfransı keçirib və pandemiyanın başa çatmadığını deyib. “Həyat adi axarına qayıtmayıb. Pandemiya buradadır və o, hələ ki, burada qalacaq”, – deyə nazir bildirib. Onun sözlərinə görə, almanların əksəriyyəti hazırda guya buradakı vəziyyətin digər dövlətlərdən yaxşı olduğu ilə bağlı yaranan süni təhlükəsizlik hissi ilə yaşayır və bu səbəbdən ehtiyat tədbirlərini zəiflədir.

Yens Şpan bildirib ki, payız aylarında virusun yayılmasını nəzarət altında saxlamaq çətin ola bilər (azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam