Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

5 avqustda -gözlənilən hava şəraiti

 

5 avqustda gözlənilən hava şəraiti

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 5 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
5 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz
Avqustun 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam