Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tbilisi və Qardabanidə xüsusi əməliyyat keçirilib -Saxlanılanlar var

Gürcüstanda Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsi və Qardabani rayonunda xüsusi əməliyyat keçirilib.

Yenixeber.org: Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.

Əməliyyat zamanı narkotik ticarəti ilə məşğul olan şəbəkənin 4 üzvü saxlanılıb. Onların yaşadıqları ev və avtomobillərinə keçirilən baxış zamanı heroin, böyük məbləğdə pul, mobil telefonlar və bank kartları müsadirə olunub.

İstintaqla müəyyən olunub ki, həmin şəxslər narkotik vasitələrin satışını onlayn totalizator kontoru vasitəsilə həyata keçiriblər. Qruplaşmanın cari ildə bu yolla əldə etdiyi gəlirin 2 milyon lariyə yaxın olduğu məlum olub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, iyulun 28-də də Poniçalada polis xüsusi əməliyyat keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan 9 nəfər saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam