Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azəriqaz”dan yeni xidmət

 

Qurum problemlərin dərhal aradan qaldırılması üçün hərəkətə keçdi

 

"Xeberinfo.com":  Məlumata görə, “Azəriqaz” İstehsalat Birliyində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
Ans press-in SOCAR-a istinadən verdiyi məlumata görə, İstehsalat Birliyində istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, neqativ halların qarşısının alınması, şəffaflığın təmin olunması, xidmətə nəzarətin gücləndirilməsi və yaranmış problemlərin dərhal aradan qaldırılması məqsədi ilə “qaynar xətt” xidməti təkmilləşdirilərək, Müştəri xidməti şöbəsinin tərkibində yeni “Çağrı Mərkəzi” xidməti yaradılıb.
Bu, yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Belə ki, abonentlər bundan sonra 104 və 185 nömrəli “qaynar xətt”lərə zəng vuraraq səsli menyunun koməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər. 
Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək. Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcəkdir. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılmış və lazımi materiallarla təmin olunub.
Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam