Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Azəriqaz”da ixtisarlar: “İmtahan ver, işdə qal”

 

“Azəriqaz” İstehsalat Birliyində ixtisarlara başlanılıb. Qurumun fəhlə və mühəndis heyəti imtahana cəlb edilib. İmtahanda bal toplaya bilməyənlər işdən kənarlaşdırılır.

Xeberinfo.com:  Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərə görə, təşkilata müraciət edən işçilər onlara məcburi ərizə yazdırdıqlarını deyiblər: “İmtahandan yüksək bal toplayanlara isə yeni yaradılan strukturda işlə təmin ediləcəklərini söyləyiblər. Amma işçilərin ixtisarı üçün keçirilən imtahanlar qanunsuzdur. İmtahanlar Əmək Məcəlləsi ilə tənzimlənmir, yəni sözügedən qanunda belə imtahanlar nəzərdə tutulmayıb. Üstəlik, uzun illər bu sustemdə çalışanların imtahanla sınanması doğru deyil”.

Maraqlıdır ki, fəhlə heyətinin keçid balı mühəndislərin keçid balından yüksək olub.

A.Quliyev hesab edir ki, fəhlələrin keçid balının yüksək olması işçilərin ixtisarına hesablanıb: “Belə ki, “Azəriqaz”da tez-tez struktur dəyişikliyi edilir, hər dəfə də ixtisarlar aparılır. Gələn ilin yanvarından yenidən ixtisarlar olacaq”.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin rayon şöbələri ləğv edilib, əvəzində isə Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb. Ləğv olunan qurumların işçilərinə xəbərdarlıq məktubu paylanılıb.

“Azəriqaz”dan isə virtualaz.org saytına bildiriblər ki, işçilərin yeni departamentlərə qəbulu testlə həyata keçirilir. Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən vakant yerlə təklif olunacaq. İşlə təmin olunmayanlar və ya təklif olunan işlə razılaşmayanlara isə əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödəniləcək. Həmçinin “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaları da təklif ediləcək. Bu proqrama qoşulan işçilərə bir il müddətində əmək haqqının 50 faizi ödənilir, eləcə də il ərzində vacant yerlər təklif olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam