Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakıda -koronavirusla bağlı mətbuat konfransı keçirilir

Bu dəqiqələrdə Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair onlayn mətbuat konfransı keçirilir.

Yenixeber.org: Mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev və missiyanın üzvləri iştirak edirlər.

Hande Harmanci məlumat verib ki, Ümumdünya Səhiyyə Təşkilatının  Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsini tövsiyə edir.

Təşkilatın COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir.  Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərindən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və gələcək bu aylarda əldə etdiyimiz biliklərdən necə istifadə edəcəyimizi görməyə imkan verdi.

ÜST-nin Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib ki,  COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə ediblər.

 ÜST-nin mart ayında Azərbaycana səfər etmiş missiyası 58 tövsiyə hazırlayıb. Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib.

O qeyd edib ki, pandemiya davam etdikcə ortaya yeni çətinliklər çıxır.

Təşkilatın  həm də Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz bildirib ki, son iki həftə ərzində xəstəliyə yoluxma halı 27 faiz azalıb. Səfərləri  zamanı Operativ Qərargahın rəhbərliyi, dövlət məmurları, səhiyyə işçiləri ilə 50-yə yaxın görüş keçiriblər. "Səfərimizin məqsədi cari vəziyyəti təhlil etmək olub. Missiya zamanı kifayət qədər maliyyə və insan resursunun pandemiya ilə mübarizəyə ayrıldığını gördük. Bütün nazirliklər və agentliklər öz fəaliyyətlərini kommunikasiya edir. ÜST yenə də texniki dəstək göstərməyi davam etdirəcək”,-o deyib.

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə bildirib ki, indiyədək dövlət tərəfindən bütün koronavirus testləri pulsuz aparılıb: "Başqa müəssisələrin testlərinin qiymətlərinə heç bir halda müdaxilə etmirik. Onlar qiyməti özləri müəyyənləşdirirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam