Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Agentlik: -Yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur

 

 

“25 və 26 iyul tarixlərində its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən yanlış SMS-lərin ümumi statistikaya təsiri yoxdur”.

Yenixeber.org: Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) cavab olaraq bildirilib. Qeyd olunub ki, yanlışlıq yalnız SMS-lərdə baş verib: “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədar olub. Bu gündən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək. Sistemdə və “E-təbib” proqramında hər şey doğrudur. Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus testinin nəticələri ilə bağlı iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən yanlışlığa yol verilməsi barədə açıqlamasından sonra bu yanlışlığın ümumi statistikaya təsiri haqqında da iddialar yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam