Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Boris Conson Britaniyada pandemiyanın əvvəlində buraxılan səhvləri etiraf etdi:"Problemin ciddiliyini lazımi qədər anlamadıq"

Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda koronavirus infeksiyasının yayılmağa başladığı vaxt hökumətin səhvə yol verdiyi fikri ilə razılaşıb.

Yenixeber.org: Baş nazir bu sözləri BBC telekanalının efirində deyib. “Biz ilk bir neçə həftə və ay ərzində koronavirusla bağlı problemin ciddiliyini lazımi qədər anlamadıq”, – deyə Boris Conson telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya hakimiyyəti pandemiyanın ilkin mərhələsində virusun insandan insana simptomsuz yayılma miqyasını düzgün qiymətləndirməyib. Baş nazir, həmçinin baş verənlərdən nəticə çıxarılmalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına görə, Birləşmiş Krallıqda indiyədək 297 min 914 nəfər koronavirusa yoluxub, onlardan 45 min 677 nəfəri həyatını itirib.

Koronavirus pandemiyası Avropaya çatanda Böyük Britaniya uzun müddət karantin və infeksiyanın yayılmasının qarşısının alınmasına yönələn digər məhdudiyyət tədbirləri tətbiq etməyən azsaylı dövlətlərdən biri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam