Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

ÜST-ün missiyası -Azərbaycana gəlib

ÜST-ün missiyası Azərbaycana gəlib

Azərbaycana COVID-19-a qarşı mübarizədə dəstək göstərmək məqsədi ilə ÜST-ün missiyası ölkədə səfərdədir. Səfər 21 iyul – 2 avqust tarixi üçün planlaşdırılıb.

Yenixeber.org: Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib. Qeyd olunub ki, missiyanın məqsədi ölkədə mövcud epidemioloji vəziyyətin qiymətləndirilməsi, COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dəstək göstərilməsi, risk kommunikasiyası və icmalarla iş sahəsində boşluqların müəyyənləşdirilməsi və sözügedən məsələlərə dair müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində yerli və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi, o cümlədən Bakı ilə yanaşı Şamaxı və Gəncə şəhərlərində epidemioloji qiymətləndirmə aparılması planlaşdırılır.

Missiyada ÜST-nin ekspertləri David Novillo Ortiz, Şahin Hüseynov, Elsa Mariya Neqro Kalduç, Anna Borşevska və Cetri Reqmi təmsil olunurlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində  isə bildirib ki, görüşdə Azərbaycanda koronavirusla bağlı cari vəziyyət, mübarizə istiqamətində görülən tədbirlər, koronaviruslu xəstələrin erkən aşkarlanması və laborator müayinəsi, xəstələrin izolyasiyası, elektron informasiya sistemində məlumatların toplanması və təhlili, xəstə və təmasların qeydiyyatı və nəzarət alqoritmləri, risk kommunikasiyası və s. məsələlər müzakirə edilib. ÜST ekspertlərinin mübarizə strategiyası ilə bağlı tövsiyələri dinlənilib.

Qeyd edək ki, ÜST ölkə və regional ofisləri vasitəsilə, həmçinin ölkədəki beynəlxalq ekspert və tərəfdaşları cəlb etməklə Azərbaycana dəstəyini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam