COVID-19-la bağlı -evdə nəzarətə götürülənlərin sayı açıqlandı

“Üç həftəyə yaxındır ev şəraitində koronavirusa yoluxmuş və buna şübhəli olan şəxslərin müşahidəsi aparılır”.
Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“12 862 vətəndaşımız ambulator nəzarət altındadır”, - o bildirib.