Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DTX:Bir qrup şəxsin parlamentə daxil olmasının Rauf Xələfovla əlaqələndirilməsi əsassızdır

DTX: Bir qrup şəxsin parlamentə daxil olmasının Rauf Xələfovla əlaqələndirilməsi əsassızdır

"İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir".

Yenixeber.org: Bu barədə DTX-nin saytı məlumat yayıb.

"Bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlmişdir. Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz düşmən və antiazərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər. Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır", - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam